Müctəba Xamenei gizli şəkildə Moskvaya aparıldı – İDDİA .....                        İrandan daha 6 nəfər təxliyə olundu .....                        Moskvada tramvaylar toqquşdu - Onlarla insan xəsarət aldı .....                        İranda 56 muzey və tarixi abidə zərər görüb .....                        PUA bazarının 65 faizi əlimizdədir - Türkiyəli nazir .....                        Dövlət qulluğu üzrə test imtahanı keçirilir .....                        “Qarabağ” qələbə qazandı .....                        Tramp məni oğlu kimi görür - Zelenski .....                        Ramazanın 25-ci günündə imsak və iftar vaxtı .....                       
Bu gün, 16:10
Müctəba Xamenei gizli şəkildə Moskvaya aparıldı – İDDİA


Müctəba Xamenei gizli şəkildə Moskvaya aparıldı – İDDİA

İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin gizli şəkildə müalicə üçün Rusiyanın paytaxtı Moskvaya aparıldığı iddia olunur.
Bu barədə Küveytin “Al-Jarida” nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, məlumat ali dini liderə yaxın mənbəyə istinadən verilib.
Mənbənin bildirdiyinə əsasən, Müctəba Xamenei səhhətində yaranan problemlərlə əlaqədar olaraq gizli şəkildə Moskvaya aparılıb və hazırda orada müalicə aldığı iddia edilir.
Bu gün, 15:52
İrandan daha 6 nəfər təxliyə olundu


İrandan daha 6 nəfər təxliyə olundu

«Astara» dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam etdirilir.
15 mart 00:00–dan 14:00–dək 5 nəfər Azərbaycan və 1 Çin vətəndaşı sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olub.
Onların sərhəddən təhlükəsiz keçidi təmin olunub.
Təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.
Bu gün, 15:45
Moskvada tramvaylar toqquşdu - Onlarla insan xəsarət aldı


Moskvada tramvaylar toqquşdu - Onlarla insan xəsarət aldı

Moskvada, Volokolamsk şosesinin köməkçi yolunda iki tramvayın toqquşub.
Moskva Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, hadisə nəticəsində 22 nəfər xəsarət alıb ki, onlardan da 5-i azyaşlıdır.
Hadisə zamanı hər iki tramvayda ümumilikdə 70-ə yaxın sərnişin olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yaralılardan 11 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə yerinə dərhal 20 təcili tibbi yardım maşını cəlb olunub.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, ilkin ehtimala görə, qəzaya tramvaylardan birinin texniki nasazlıq səbəbindən relsdən çıxması səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bu gün, 15:26
İranda 56 muzey və tarixi abidə zərər görüb


İranda 56 muzey və tarixi abidə zərər görüb

İranda yerləşən onlarla muzey və tarixi abidə hərbi hücumlar nəticəsində zərər görüb.
Bu barədə İranın Mədəni İrs, Turizm və Əl Sənətləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ və İsrailin hücumları nəticəsində ölkə üzrə azı 56 muzey və tarixi abidə, o cümlədən dünya irsi siyahısına daxil olan bəzi obyektlər zədələnib. Nazirlik bildirir ki, hücumlar zamanı bir sıra tarixi tikililərin konstruksiyasında ciddi dağıntılar qeydə alınıb.
Qeyd olunub ki, zərər görən obyektlər arasında qədim memarlıq nümunələri, muzey binaları və müxtəlif tarixi komplekslər var. Hazırda mütəxəssislər tərəfindən həmin abidələrdə ziyanın miqyası qiymətləndirilir və bərpa imkanları araşdırılır.
Bu gün, 15:10
PUA bazarının 65 faizi əlimizdədir - Türkiyəli nazir


PUA bazarının 65 faizi əlimizdədir - Türkiyəli nazir

Rusiya-Ukrayna müharibəsi və ABŞ ilə İsrailin İrana hücumları göstərir ki, hazırkı münaqişələrdə pilotsuz uçuş aparatları (PUA) ön plana çıxıb.
Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "Kanal 7"nin efirində deyib.
"PUA, kamikadze dronlar bahalı silahlardan üstün olub",- o bildirib və əlavə edib ki, indiki müharibələr cəbhədə yox, məsafədən aparılır: "Bu savaşlarda milyonlarla dollar dəyərində olan silahlardan çox daha ucuz pilotsuz uçuş aparatları (PUA), süni intellektlə idarə olunan sistemlərin işə yaradığı ortaya çıxıb. Hazırda PUA sahəsində Türkiyə dünyanın ən təcrübəli ölkəsidir və bazarın 65 faizi Türkiyənin əlindədir".

Bu gün, 14:56
Dövlət qulluğu üzrə test imtahanı keçirilir


Dövlət qulluğu üzrə test imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahan saat 10:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılır. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün martın 16-dan aprelin 7-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 16, 17 və 18 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!