ZİYALILIQ ZİRVƏSİ .....                        Tanınmış şair vəfat etdi .....                        III Şuşa Qlobal Media Forumu iştirakçıları Füzulidə .....                        Suriyada ölənlərin sayı 700-ü ötdü .....                        Rusiya Ukraynaya 300 raket atdı: Ölən və yaralılar var .....                        Bazar günü 41 dərəcə isti olacaq .....                        Pirşağıda dənizdə batan şəxsin meyiti tapıldı .....                        Suriya prezidenti təcili atəşkəs elan etdi .....                        Cəriməni 10 günə ödəyənlərə 10% güzəşt .....                       
Tarix : 18-07-2022, 20:39
Milli Qəhrəman Polad Həşimovun xatirəsi silsilə tədbirlərlə yad edilib


Milli Qəhrəman Polad Həşimovun xatirəsi silsilə tədbirlərlə yad edilib

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.
Birliyin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, tədbirlər proqramına uyğun olaraq “İrəli” İctimai Birliyinin nümayəndələri İkinci fəxri xiyabanda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Anım mərasimində qeyd olunub ki, Tovuz döyüşləri dostluq, qardaşlıq, bir-birinə dəstək olmaq, vətənə sədaqət, hərbi anda sadiqlik qələbənin qazanılmasında silahlar qədər önəmli amil oldu. Tovuz hadisələri həmçinin 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı olaraq, ordumuzun qəhrəmanlığı, xalqımızın gücünü bir daha göstərib.

Tədbirlər planı çərçivəsində həmçinin Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Turnirdə 100-ə yaxın “İrəli” gənci birincilik uğrunda mübarizə aparıblar.

Gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, habelə Tovuz hadisələri, Vətən müharibəsi ilə bağlı biliklərini artırmaq məqsədilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu baş tutub. 30 komandadan ümumilikdə 150-ə yaxın gəncin iştirakı ilə baş tutan intellektual oyunda qalib komandalar şəhadətnamə və müxtəlif dəyərli hədiyyələrlə təltif ediliblər.


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!