Fransa baş naziri istefa verdi - Makron çətin durumda .....                        Azərbaycandan bu ölkələrə sərt cavab .....                        Ermənistanın Azərbaycana müsbət cavab verməsini gözləyirik - Çavuşoğlu .....                        Rüfət Səfərovla bağlı qərar verildi .....                        Gürcüstan müxalifəti debatdan yayındı .....                        Ceyhun Bayramov Aİ rəsmisi ilə görüş keçirdi .....                        Fransada kütləvi nümayişlər başlayır .....                        Sazişin 90 faizi razılaşdırılıb - Paşinyan .....                        “20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir .....                       
Tarix : 3-12-2024, 13:45
Məşhəddə yekun sənəd qəbul edildi


Məşhəddə yekun sənəd qəbul edildi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərinə səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak və çıxış edib.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov çıxışında İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, Təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və kommunikasiyalar, bağlantılar və s. istiqamətlər üzrə əməkdaşlıq imkanlarından istifadə ilə bağlı ölkəmizin baxışından bəhs edib.
Nazirlər Şurasının 28-ci iclasının İƏT-in 10 oktyabr 2023-cü il tarixində tarixi Şuşa şəhərində keçirilən görüşündən bəri Təşkilatın ehtiyacları və üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının gücləndirilməsi ilə bağlı əldə olunan irəliləyişlər və gələcək planların müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.
2024-cü ildə Təşkilata sədrliyinə, habelə Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İran İslam Respublikasına təşəkkür edilib, Təşkilata növbəti il sədrlik edəcək Qazaxıstan Respublikasına uğurlar arzulanıb.
Növbəti il ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi etmək niyyətində olduğu, bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyi diqqətə çatdırıb.
Üzv dövlətlər arasında mövcud iqtisadi potensiala əsaslanan, bu istiqamətdə regional çağırışlarla mübarizədə hədəfləri təsbit edən və dayanıqlı inkişaf gündəliyi ilə uyğunluq təşkil edən “İƏT-ə Baxış 2025” strategiya sənədinin əhəmiyyəti vurğulanıb.
İƏT çərçivəsində müxtəlif sahələr, o cümlədən ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, ətraf mühitin qorunması üzrə əməkdaşlığın təşviqi baxımından ixtisaslaşmış qurumların fəaliyyətinin vacibliyi qeyd olunub. İƏT Araşdırma Mərkəzi və Təmiz Enerji Mərkəzinin ölkəmizdə fəaliyyət göstərəcəyi, bu baxımdan sözügedən qurumların effektivliyinin təmin olunması üzrə onların təsisat sənədlərinin imzalanması və ratifikasiyasının mühüm olduğu qeyd edilib.
İƏT ölkələrinin bir çoxunun dənizə çıxışı olmadığını nəzərə alaraq, xüsusilə, “Şimal-Cənub Dəhlizi”, “Şərq-Qərb Transxəzər Orta Dəhliz”, “Rəqəmsal İpək Yolu”, “Bakı-Tbilisi-Qars dəmiryolunun modernləşdirilməsi, habelə İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.
Ötən ay ölkəmizin ev sahibliyi etdiyi, İƏT regionunda ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əldə olunmuş nailiyyətlərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, Bakı Maliyyə Məqsədi daxil olmaqla, COP29 çərçivəsində əldə olunmuş razılıqların iqlim dəyişikliyi ilə mübarizə istiqamətində vacib dönüş nöqtəsi olduğunu qeyd edib.
Regional dayanıqlı inkişaf təşəbbüslərindən bəhs edən nazir Ceyhun Bayramov, bu istiqamətdə COP29 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bölgəmizdə iqtisadi inkişaf və enerji təhlükəsizliyinin təminində müstəsna rol oynayacağına dair inamını ifadə edib.
Görüşün sonunda “Məşhəd Kommünikesi” adlı yekun sənəd qəbul edilib.


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!