Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 5-12-2018, 09:05
Dünyada 132 milyon insanın humanitar yardıma ehtiyacı var

2019-cu ildə dünyada ümumilikdə 132 milyon insanın humanitar yardıma ehtiyacı olacaq.
Butov.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lokok keçirdiyi brifinqdə deyib.
“BMT və beynəlxalq humanitar təşkilatın məqsədi ərzağa, sığınacağa, səhiyyə və təhsil xidmətlərinə ehtiyacı olan 94 milyon insana humanitar yardım göstərməkdir”, - M.Lokok bildirib.
BMT-nin yaydığı məlumatda qeyd edilib ki, Suriya istisna olmaqla, humanitar yardım göstərmək üçün dünya ictimaiyyəti 21,9 milyard dollar ayırmalıdır, bunlardan dörd milyardı Yəmənə, 900 milyonu isə Arakan və Banqladeşdən olan qaçqınlara verilməlidir.
Baş katibin sözlərinə görə, Suriya əhalisinə humanitar yardım göstərilməsi üçün dörd milyard dollara yaxın maliyyə lazımdır. Beləliklə, 2019-cu ildə humanitar yardım üçün 25 milyard dollar vəsait ayrılmalıdır.
Bu ilin noyabrın ortalarına qədər BMT-nin donor ölkələri 13,9 milyard dollar ayırıb ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!