Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
Tarix : 4-09-2019, 08:46
Rusiyada dörd günlük iş həftəsinə keçidin şərtləri açıqlandı

Rusiyada dörd günlük iş həftəsinə keçid üçün əsas şərtlər əhalinin gəlirləri və əmək məhsuldarlığının artmasıdır.
Butov.az-ın AzNews.az-a istinadən məlumatına əsasən, bu barədə “Şərq İqtisadi Forumu”nun kluarlarında iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.
“Əmək qanunvericiliyində dəyişikliyin əsas şərti, ilk növbədə, birinci mərhələdə əhalinin daha yüksək gəlirə və əmək məhsuldarlığına nail olmağıdır. Məhz bu həm dörd günlük iş həftəsinin, həm də ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsində ola biləcək digər əmək innovasiyalarının praktiki diskussiyasına imkan yaradır”, - deyə nazir qeyd edib.
Bununla yanaşı, o, iş həftəsinin qısaldılmasının mümkün müddəti barədə danışmayıb.
“Burada məhz bu mərhələdə əhalinin gəlirlərinin artırılması məsələsinə diqqət yetirmək və məsələləri mərhələli həll etmək vacibdir”, - Oreşkin vurğulayıb.
Avqust ayında Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası maaşların saxlanılması şərti daxilində iş həftəsini dörd günə qədər azaltmaq təklifini əmək Nazirliyinə göndərib. Ölkənin Baş naziri Dmitri Medvedev nazirliyə sentyabrın 30-dək qısaldılmış iş həftəsinə keçidin perspektivləri barədə mövqeyini hazırlamağı tapşırıb. Bununla yanaşı, hökumət başçısı vurğulayıb ki, keçid yalnız əməkhaqqının səviyyəsinin saxlanması ilə deyil, həm də əmək məhsuldarlığının artması ilə müşayiət olunmalıdır.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!