Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                        Üç kəndin adı dəyişdirilir .....                        Gəncə şəhərinin Baş planı təsdiqləndi .....                        İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu .....                        Laricani Trampı hədələdi: Ehtiyatlı ol! .....                        İran bu gün darmadağın ediləcək! - Pentaqon rəhbəri .....                       
Tarix : 1-04-2019, 14:30
Əmək müqaviləsi işçi üçün təminatdır

“Əmək müqaviləsi işçiyə həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq hüququ verir. Müqavilə ilə işçi həmçinin, qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq və ya onun verilməsini tələb etmək və s. kimi hüquqlara malik olur. Əmək münasibətləri rəsmiləşdirilmədən, qeyri-leqal şəkildə işlərə cəlb olunanlar isə bütün bu hüquqlardan məhrum olurlar”.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı regional bölməsinin Gəncə şəhərində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirində vurğulanıb.
Tədbirdə Gəncə şəhəri, Samux və Göygöl rayonlarının ayrı-ayrı işəgötürənləri, həmkarlar təşkilatlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələrinin rəhbərləri, Vergilər Nazirliyinin nümayəndəsi iştirak ediblər.
Əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyri-rəsmi məşğulluq hallarının işçilərin əmək və sosial hüquqlardan məhrum olması,vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurulması ilə nəticələndiyi diqqətə çatdırılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!