"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 26-05-2021, 12:48
Gürcüstanda Müstəqillik Günü qeyd olunub

Bu gün Gürcüstanda milli bayram – Müstəqillik Günü qeyd olunur.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu il də koronavirus pandemiyasına görə dövlət bayramı bir qədər fərqli, qapalı və bir sıra məhdudiyyətlər tətbiq olunmaqla qeyd edilir.
Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, dövlət və hökumət üzvləri, diplomatik korpusun nümayəndələri Müstəqillik Gününü mayın 26-da Azadlıq meydanında qeyd ediblər.
Salome Zurabişvili paradı qəbul edib. Sonra o, paradda çıxış edib, bayram münasibətilə təbriklərini çatdırıb.
Daha sonra Baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Kaxa Kuçava çıxış edərək bayram münasibətilə təbriklərini çatdırıblar.
Hərbi paradda müxtəlif hərbi texnika və döyüş maşınları nümayiş etdirilib, qırıcı təyyarələr və helikopterlər səmada müxtəlif uçuşlar həyata keçiriblər.
Hərbi paradda və ölkənin bölgələrində gənc əsgərlərin andiçmə mərasimləri təşkil olunub.
Gürcüstanın Milli Şurası 103 il əvvəl mayın 26-da Tbilisidə, mərkəzi Rustaveli prospektində yerləşən indiki Gənclər evində Dövlət Müstəqilliyi Aktını qəbul edib.
Qeyd edək ki, bundan iki gün sonra - mayın 28-də isə həmin tarixi binada Azərbaycan öz müstəqilliyini bəyan edib.
Gürcüstanın ictimai-siyasi xadimi Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub.
Sovet imperiyasının hərbi təcavüzü nəticəsində Gürcüstan Demokratik Respublikası süquta uğrayıb.
Gürcüstan müstəqilliyini 1991-ci ilin aprelin 9-da bərpa edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!