Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
Tarix : 19-08-2021, 09:10
Yeni Zelandiyada koronovirusun “delta” ştammına yoluxanların sayı kəskin artıb


Yeni Zelandiyada ötən gün ərzində koronavirusa daha 14 yeni yoluxma halı qeydə alınıb.

Butov.az bu ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, beləliklə son 24 saat ərzində yoluxanların ümumi sayı 21 nəfərə çatıb.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bildirib ki, virusun öyrənilməsi onun Sidneydən gələn şəxsdə aşkar edilən ştamm tərəfindən yayıldığını göstərir. Həmin şəxs Yeni Zelandiyaya avqustun 7-də təyyarə vasitəsilə gəlib və sonradan Middlmor xəstəxanasına yerləşdirilib. Baş nazir həmçinin, həmin virusun hərəkət zəncirinin hələlik tam müəyyən edilmədiyini də bildirib.

C.Ardern qeyd edib ki, ölkədə virusun “delta” ştammının yayılmasının qarşısını almaq üçün hökumət vaksinasiya proqramının genişləndirilməsi və sentyabrın 1-dən prosesə 12-15 yaşlı yeniyetmələrin cəlb olunması barədə qərar qəbul edib.

Xəbər verdiyimiz kimi, Yeni Zelandiya avqustun 17-dən milli təhlükəsizliyin maksimum dördüncü dərəcəsini elan edib. Həmin gün altı aylıq fasilədən ölkə üzrə sonra ilk virusa yoluxma halı qeydə alınıb. Dördüncü dərəcəli məhdudiyyətlər bütün müəssisə, idarə və təşkilatların bağlanmasınə, kütləvi tədbirlərin qadağan edilməsini, məktəb və universitetelərin isə məsafədən təhsilə keçməsini nəzərdə tutur. Vətəndaşlara əsasən evdə qalmaq, ictimai yerlərdə sosial məsafəni gözləmək və tibbi maska geymək tövsiyə olunur. Karantin qaydalarının şərtlərinə və müddətinə avqustun 20-də yenidən baxılacaq.

Əlavə olaraq qeyd edək ki, Yeni Zelandiyada koronavirus pandemiyasının əvvəllərindən ümumilikdə 2947 yoluxma halı qeydə alınıb, 26 nəfər həyatını itirib. Hazırda 50 nəfərin karantində olduğu, 2 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilir.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!