Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 13-09-2021, 09:19
Yaponiyalı mütəxəssislər “Pfizer” vaksininin 85-96 faiz səmərəli olduğunu təsdiq edirlər


Yaponiyanın Kioto Universitetinin mütəxəssisləri “Pfizer” vaksininin 85-96 faiz səmərəli olduğunu təsdiq ediblər.

Bu barədə sentyabrın 13-də NHK telekanalı məlumat yayıb. Bildirilir ki, Kioto Universitetinin bir qrup tədqiqatçısı ötən yay virusa yoluxmuş təqribən 10 minədək xəstənin məlumatlarını təhlil ediblər. Onların böyük əksəriyyəti vaksin qəbul etmədiklərinə görə, yapon mütəxəssislər bu dərmanın səmərəliyini müəyyənləşdirməkdə çətinlik çəkməyiblər. Bildirilir ki, 20-60 yaş arasında olan kişilərdə “Pfizer” vaksininin səmərəliliyi 89,6-93,4 faiz, 60-dan yuxarı yaşlı kişilər arasında isə 94,7-96,9 faiz təşkil edib. Qadınlar arasında isə bu göstərici 20-60 yaş arasında 85,4-91,8 faiz, 60 yaşdan yuxarılarda isə 92,6-96,1 faiz olub.

Yapon mütəxəssislər qeyd edirlər ki, tədqiqatlar virusun “delta” ştamının geniş yayıldığı dövrdə aparılıb və vaksin virusun bu variantına qarşı daha səmərəlidir.

Qeyd edək ki, son məlumatlara görə, Yaponiya əhalisinin 50 faizdən çoxu vaksinin artıq hər iki dozasını qəbul edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!