Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 25-09-2021, 14:44
Dünyanın ən böyük içki şirkətinin sabiq rəhbəri azadlıqdan ömürlük məhrum edilib


Çin məhkəməsi dünyanın ən böyük içki şirkəti olan “Kweichow Moutai Group”un keçmiş rəhbəri Yuan Renquonu rüşvət əməllərində təqsirli bilinərək azadlıqdan ömürlük məhrum edib.

Quyyan şəhər məhkəməsində Yuan Renquonun təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə prosesinin gedişində onun 1994-2018-ci illərdə şirkətdə müxtəlif vəzifələrdə çalışarkən 112,9 milyon yuan (təxminən 17,46 milyon ABŞ dolları) məbləğində nəğd pul və əmlakı rüşvət kimi alması sübuta yetirilib. Məhkəmə onun azadlıqdan ömürlük məhrum edilməklə yanaşı, bütün siyasi hüquqlardan məhrum olunması və qanunsuz yolla əldə etdiyi əmlakın müsadirəsi barədə nə qərar qəbul edib.

Yuan Renquo həm də Çin Xalq Siyasi Məşvərət Şurasının Quycou vilayəti üzrə iqtisadi komitəsinin sədr müavini olub. Haqqında cinayət işi başlayandan sonra o, Çin Kommunist Partiyasından da xaric edilib.

Qeyd edək ki, səhmlərinin bir hissəsi dövlətə məxsus olan şirkətlər qrupu “Maotai” brendi ilə spirtli içkilər, habelə qida və qablaşdırma məhsulları istehsal edir. Dünyada ən böyük içki şirkəti olan “Kweichow Moutai Group” Çinin ən böyük bazar dəyəri olan qeyri-texnologiya şirkətidir.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!