Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                        Atəşkəs sonrası ilk zəng: Azərbaycanın İrana verdiyi siyasi mesaj .....                       
Tarix : 25-09-2021, 21:06
Böyük barışığa hazırlıq gedir

Böyük barışığa hazırlıq gedir - Ərdoğanla görüşdən sonra düyməyə basıldı
Bu iddia “Bulmberq” agentliyində dərc olunan məqalədə bildirilib.
Mənbənin məlumatına görə, əmirliyin ən böyük fondu olan Əbu Dabi İnvestisiya Fondu (ADIA) və yeni qurulan ADQ son bir neçə həftə ərzində türk şirkətləri ilə danışıqlar aparıb. Təkcə ADQ-nin Türkiyədə müxtəlif sahələrə 1 milyard dollara qədər investisiya yatırmağı planlaşdırdığı bildirilib.
Aylardır davam edən danışıqların keçən ay Əbu Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdən əvvəl başlayıb.
Əbu Dabidə yerləşən “Royal Group”un investisiya şirkəti “Chimera Investments” və “Nerve Holding” kimi fondların da hər birinin Türkiyəyə 1 milyard dollardan çox sərmayə qoymağa hazırlaşdığı deyilib.
Danışıqlar ilkin mərhələdə olsa da, Suriya və Liviyada üz-üzə gələn iki ölkənin münasibətləri yumşaltmağa hazırlaşmasından xəbər verir.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!