“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
Tarix : 26-09-2021, 10:01
Bayramov BMT-nin Baş katibi ilə görüşüb

Sentyabrın 25-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
Butov.az-ın Ordum.a-a istinad edərək verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Antonio Quterreşi BMT-nin Baş katibi seçilməsi münasibətilə təbrik edib. Daha sonra tərəflər regiondakı son vəziyyət ətrafında müzakirə aparıblar.
Ceyhun Bayramov BMT Baş katibinə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.
Nazir, həmçinin Ermənistanın birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4000-ə yaxın azərbaycanlı barədə bu günədək məlumat verməkdən imtina etdiyini qeyd edib və bunun qəbuledilməz olduğunu vurğulayıb.
Baş katib Bakıya səfərlərini və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Antonio Quterreş Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini qeyd edib. Baş katib, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sayəsində Azərbaycanda milli səviyyədə görülən işləri təqdir edərək, BMT-nin bu istiqamətdə Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində marağını ifadə edib.
Baş katib, o cümlədən COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan Baş Assambleyanın Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən xüsusi sessiyasının əhəmiyyətini vurğulayıb.
O, Ermənistan - Azərbaycan münaqişəsinin humanitar fəsadlarının aradan qaldırılması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.
Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!