“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 20-10-2021, 10:25
Vaksin sertifikatını göstərmədən parlament binasına daxil olan senatora cəza verilib


İtaliyada “Yaşıl keçid kartı”nı (“Green pass” və ya vaksin sertifikatı) göstərmədən parlament binasına daxil olan senator Laura Granato 10 gün müddətinə işdən uzaqlaşdırılıb, həmçinin onun əməkhaqqı kəsilib.

Alternativ Var qrupundan senator L.Granato parlament binasının girişində vaksin sertifikatını göstərmədən Senatda COVID-19 pasportu ilə bağlı aparılan müzakirələrə qatılıb. Vaksin sertifikatı tətbiqinə qarşı çıxan L.Granatonun binaya daxil olarkən “Green pass”ı göstərməkdən imtina etdiyi barədə Senatın Rəyasət Heyətinə məlumat verilib. Rəyasət Heyəti isə senatorun cəzalandırılmasına qərar verib.

İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kasellati senator L.Granatonun parlament binasına daxil ola bilməyəcəyini və 10 gün müddətinə işdən uzaqlaşdırıldığını bildirib.

Xatırladaq ki, oktyabrın 15-dən etibarən İtaliyada vaksin sertifikatını həm dövlət, həm də özəl sektor üçün məcburi edən qanun qüvvəyə minib. Belə ki, bütün işçilərdən COVID-19 əleyhinə peyvənd edildiklərini, infeksiyadan sağaldıqlarını və ya virusla bağlı testin nəticəsi mənfi olan sənəd tələb edilir. Bu qaydaya əməl etməyən bütün işçilərə əməkhaqqının azaldılması və digər sanksiyalar tətbiq olunur.

Qeyd edək ki, İtaliyada yaşı 12-dən çox olan əhalinin 85 faizi ən azı bir doza peyvənd edilib.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!