Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 10-03-2022, 12:44
Yutub rusiyalı istifadəçilərin gəlirini tamamilə dayandırdı
Yutub platforması gərgin siyasi vəziyyətlə (Rusiyanın Ukraynaya qarşı keçirdiyi hərbi əməliyyatla) əlaqədar Rusiyadan olan istifadəçilər üçün monetizasiyanı (gəlir əldə etmək funksiyasını) dayandırıb.

Butov.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə şirkətdən məzmun istehsalçılarına göndərilən məktubda deyilir. Bu məhdudiyyətlər "YouTube premium" və "Music premium" abunəlikləri, həmçinin sponsorluq, "Super stickers" və "Super chat" funksiyalarına şamil edilir.

"Daha əvvəl Rusiyada "Google" və "Youtube" reklamlarını tamamilə dayandırmışdıq. İndi isə bu tədbiri monetizasiya ilə bağlı bütün funksiyalara şamil etmək qərarına gəldik. Bu o deməkdir ki, Rusiyada yutubdakı məzmun istehsalçılarının bu funksiyalardan müvəqqəti olaraq gəlir əldə etməsi dayandırılacaq. Bu dəyişikliklər Rusiyada olmayan istifadəçilərə şamil edilməyəcək" deyə, göndərilən mesajda yazılıb.

Tətbiq olunan məhdudiyyətlərin vaxtı dəqiqləşdirilməyib, şirkət vəziyyətin gedişatına görə qərarlar qəbul edəcək.

Qeyd edək ki, bundan əvvəl analoji qərar "TikTok" sosial şəbəkəsi tərəfindən verilib və Rusiyadan olan istifadəçilərə müvəqqəti olaraq yeni videolar dərc etməyi qadağan edib. Həmçinin "Amazon" Rusiya vətəndaşları üçün "Prime video" xidmətinə girişi müvəqqəti bağlayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!