Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Mer və ailəsi rüşvətə görə saxlanıldı .....                       
Tarix : 16-08-2022, 21:32
İran PUA-ları Moskavada nümayiş olundu - Ermənistan maraq göstərdi


İran PUA-ları Moskavada nümayiş olundu - Ermənistan maraq göstərdi

Moskvadakı “Ordu 2022” forumunda ziyarətçilər ən çox İranın pilotsuz təyyarələrinə, o cümlədən zərbə vuran dronlarına böyük maraq göstərirlər. Bu haqda Rusiyanın RİA Novosti agentliyi məlumat yayıb. “Xəbərləri izləyən insanlar bizim pilotsuz təyyarələrimizin nəyə qadir olduğunu, o cümlədən Fars körfəzində baş verənləri yaxşı bilirlər. Hər kəs artıq İran pilotsuz uçan aparatlarının nəyə qadir olduğunu bilir. Buna görə də burada ən çox dronlara və kvadrokopterlərə diqqət yetirilir”, - deyə İran nümayəndəsi Nayafi Pour Davud bildirib. O, həmçinin əlavə edib ki, İran sərgidə raketlər, müxtəlif hava hücumundan müdafiə sistemləri və reaktiv yaylım atəşi qurğuları təqdim edir. İran “Ordu 2022” forumunda ümumilikdə üç pilotsuz uçuş aparatı təqdim edib: “Quadcopter”, “Mohajer 6” və “Karrar-3”. Birincisi həm mülki məqsədlər - məsələn, yanğınların söndürülməsi üçün, həm də hərbi məqsədlər üçün istifadə edilə bilər və zərbə mərmiləri daşıya bilər. Onun xüsusiyyətləri aşağıdakılardır: uçuş çəkisi - 21 kiloqram, yük çəkisi - 1 kiloqramdan 7 kiloqrama qədər, 10 kilometrə qədər məsafədə və 400 metrdən çox olmayan yüksəklikdə işləyir, çalışma müddəti - 60 dəqiqəyə qədər. İkincinin çəkisi 670 kiloqramdır, yüklənə bilən çəkisi 100 kiloqrama qədərdir, 200 kilometr məsafədə və təxminən 5 kilometr yüksəklikdə işləyir, işin müddəti 12 saata qədərdir. Üçüncünün çəkisi 510 kiloqramdır, 250 kiloqrama qədər yük daşıya bilir və 9 kilometrə qədər hündürlüyə qalxır. İran stendində RİA Novosti-yə bildiriblər ki, “Karrar-3” dronu həm zəbə dronu, həm də “kamikadze” kimi istifadə edilə bilər. İran tərəfinin bildirdiyinə görə, onların milli stendi sərgidə xarici dövlətlərin bütün nümayəndələri arasında ən böyüyüdür. Stend bir gün əvvəl İran Baş Qərargahının nümayəndəsinin iştirakı ilə açılıb. Məlumata görə, Ermənistan da İran PUA-ları ilə maraqlanıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!