Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 27-10-2022, 18:29
İtaliya öz limanlarını miqrantlara bağlayır


İtaliya öz limanlarını miqrantlara bağlayır

İtaliyada qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün “qapalı liman” siyasətinin tətbiqinə qayıdış gündəmdədir. İtaliyanın yeni daxili işlər naziri Matteo Piantedosi Aralıq dənizində xilasetmə əməliyyatları həyata keçirən qeyri-hökumət təşkilatlarına məxsus iki gəminin qaydalara uyğun hərəkət etmədiyini bildirib. Nazir Norveç bayrağı ilə üzən “Ocean Viking” və Almaniya bayrağı ilə üzən “Humanity 1” gəmilərinin Aralıq dənizində sərhəd təhlükəsizliyi və nəzarəti, eləcə də qeyri-qanuni immiqrasiya ilə mübarizəyə dair beynəlxalq və İtaliya qanunvericiliyinə əməl etmədikləri ilə bağlı qərar imzalayıb. Bu gəmilərin İtaliya sularına girişinə qadağanın tətbiqinin nəzərdən keçirildiyi qeyd olunub. Hazırda “Ocean Viking” gəmisində 202, “Humanity 1” gəmisində isə dənizdən xilas edilən təxminən 180 miqrant var. İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bu ölkəyə dəniz yolu ilə gələn qeyri-qanuni miqrantların sayı 79 min 208 nəfərə çatıb. Xatırladaq ki, 2018-2019-cu illərdə İtaliyada “qapalı liman” siyasəti həyata keçirilib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!