Kadırovdan Puqaçovanın sözlərinə sərt reaksiya .....                        İl ərzində bir həkimin hazırlığına 8 min manat ayrılır .....                        “Benfika” ilə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik - Qurban Qurbanov .....                        Polşada hökumət binaları üzərində uçan dron vuruldu .....                        Prezident həmin ev barədə tapşırıq verdi .....                        Prezident həmin ev barədə tapşırıq verdi .....                        Qəbul prosesini daha da çətinləşdirməyi düşünürük - Emin Əmrullayev .....                        Bakıda sərnişin avtobus sürücüsünü döydü .....                        Tramp Britaniyaya getdi .....                       
Tarix : 20-11-2022, 20:15
İstanbul terrorunun qisası belə alındı


İstanbul terrorunun qisası belə alındı

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı keçirib. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb, buna böyük həssaslıqla yanaşılıb. Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar açıqlamasında deyib ki, terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları, terror təşkilatının qondarma qərargahı məhv edilib: “Yalnız terrorçular və terrorçulara məxsus strukturlar hədəfə alınıb”. Nazir bildirib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək. Butov.az-ın məlumatına görə, Türkiyənin həyata keçirdiyi xüsusi əməliyyatı şərh edən politoloq Elxan Şahinoğlu bunun İstanbulda törədilmiş terrora cavab olduğunu düşünür. "Türkiyə Hərbi Hava Qüvvələrinin Suriya və İraqın şimalında kök salan terrorçuların bazalarına hava zərbələri endirməsi gözlənilən idi. Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar dağıdılıb. Əlbəttə, Türkiyə il ərzində qurudan və havadan İraq və Suriyadakı PKK/YPG terrorçularına qarşı müxtəlif hərbi əməliyyatlar keçirib. Ancaq budəfəki əməliyyat bir az fərqli idi. Hazırkı əməliyyat PKK/YPG qruplaşmasının İstanbulun mərkəzində, İstiqlal küçəsində törətdiyi partlayışa tutarlı cavabdır. ABŞ və Avropa ölkələrindən hər hansı birinin Türkiyənin hava zərbələrinə mümkün etirazı olsa da, bunu açıq deyə bilməyəcəklər. Çünki sözdə İstanbuldakı terroru pisləyiblər, partlayışın arxasında PKK/YPG qruplaşmasının dayandığı sübut olunub", - politoloq vurğulayıb. Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub. Hadisə ilə əlaqədar daha 50-dən çox şəxs saxlanılıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!