Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 21-11-2022, 19:56
İran XİN-in sözçüsü Azərbaycanla bağlı müsbət mesajlar verdi


İran XİN-in sözçüsü Azərbaycanla bağlı müsbət mesajlar verdi

Qonşularımızla, o cümlədən Azərbaycanla münasibətlərdə prinsipimiz qarşılıqlı hörmətdir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycan Respublikası arasında son vaxtlar müşahidə olunan gərginliyə toxunarkən deyib. “Bizim qonşularımızla və konkret olaraq Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərdə prinsipimiz qarşılıqlı hörmət, ikitərəfli əlaqələr və əməkdaşlığın inkişafıdır”. O əlavə edib ki, son bir ildə iki ölkə arasındakı əlaqələr yüksəlişdə olub və münasibətlər ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə doğru irəliləyir. “Təəssüf ki, münasibətlərin inkişafı üçün ümumi siyasi iradə tendensiyasına zidd olan məsələlər də baş verir. İranın davranış və fəaliyyətinin əsasında ümumi məsələlər və maraqlar üzərində cəmləşdirməyə çalışmaq durur”. N.Kənani Bakıya müraciət edərək deyib: “Mübahisəli məsələlərdən, anlaşılmazlıqlardan tribunalar arxasından danışmamalı, mediadan dostluq üçün fürsət kimi istifadə etməliyik. Biz Azərbaycan hökumətinin rəsmilərinin diqqətini ümumi məsələlərə cəmləşdirməyin və ikitərəfli danışıqlar şəklində anlaşılmazlıqların qarşısının alınması və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaradılmasının vacibliyinə yönəltdik”. Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra qeyd edib ki, Tehran Bakıdan müsbət impulslar alıb: “Bu yaxınlarda Azərbaycan hakimiyyəti ilə ikitərəfli danışıqlar şəklində müsbət mesajlar aldıq və ümid edirik ki, buna uyğun olaraq ikitərəfli danışıqlar şəklində lazımi addımlar atılacaq”.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!