Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                       
Tarix : 23-11-2022, 20:31
Abdullahian İran-Azərbaycan münasibətlərindən danışdı


Abdullahian İran-Azərbaycan münasibətlərindən danışdı

Biz Azərbaycan və Ermənistanı İranın qonşuları hesab edirik. Bunu bu gün keçirdiyi mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. “Münasibətlərimizi heç vaxt bir tərəfin digərindən üstünlüyü ilə tənzimləmirik”, - İran XİN rəhbəri qeyd edib. O, ötən ay Ermənistana səfər etdiyini xatırladıb və əlavə edib ki, Ermənistanın Baş naziri Paşinyan isə Tehrana səfər edib, Azərbaycanın bəzi media dairələri buna reaksiya verib. “Mən təkidlə vurğulayıram ki, biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik. Bu, qarşılıqlı maraqlara və qonşularla münasibətlərdə prioritet siyasətə əsaslanır”, - Hüseyn Əmir Abdullahian vurğulayıb. Nazirin sözlərinə görə, İranın qonşu dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının torpaqlarında heç bir marağı, gözü yoxdur: “Lakin biz Qafqaz regionunun bütün aktorlarına açıq şəkildə bəyan etmişik ki, regionda baş verəcək hər hansı geosiyasi dəyişiklik dövlət tərəfindən ciddi reaksiya ilə qarşılanacaq”. Hüseyn Əmir Abdullahian deyib ki, belə bir fikrin olmadığına dair onları əmin ediblər. “Biz Azərbaycan və regionun digər ölkələri ilə münasibətlərimizi qonşuluq, qardaşlıq prinsipi ilə davam etdiririk”, - XİN rəhbəri diqqətə çatdırıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!