Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 3-12-2022, 19:10
BMT rəhbərindən dünyaya çağırış


BMT rəhbərindən dünyaya çağırış

BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar müraciət ünvanlayıb. Butov.az-ın xəbərinə görə müraciətdə deyilir: “Bu il Beynəlxalq Əlilliyi olan Şəxslər Günü əlçatan və ədalətli dünyanın qurulmasında innovasiyaların roluna həsr olunub. Dünyamız əlilliyi olan insanlara qeyri-mütənasib şəkildə təsir edən böhranlar şəlaləsi ilə üzləşir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kimi kənarda qoymamaq üçün dəyişikliyə aparan həllərə ehtiyacımız var. Bu, əlilliyi olan insanlar üçün və onlarla birlikdə strategiyaların işlənib hazırlanması məqsədilə dövlət və ictimai sektorlar arasında daha geniş əməkdaşlığı tələb edir. Bu əməkdaşlığın təməl daşı bütün müxtəlifliyi ilə əlilliyi olan şəxslərin fəal iştirakı və onların qərarların qəbulu ilə bağlı hər prosesə daxil edilməsi olmalıdır. İnnovasiya və texnologiya inklüzivlik üçün güclü vasitə ola bilər. Onlar məlumat, təhsil və ömür boyu öyrənmə imkanlarına çıxışı genişləndirə bilərlər. Bu vasitələr həmçinin əlilliyi olan şəxslərin bərabər əsaslarla əmək fəaliyyətində və bütövlükdə cəmiyyətdə iştirakı üçün yeni imkanlar aça bilərlər. Lakin texnologiyanın potensialından tam faydalanmaq üçün biz rəqəmsal uçurumu aradan qaldırmalı və rəqəmsal məkanda insan hüquqlarını qorumalıyıq. Əlilliyi olan Şəxslər üçün BMT-nin İnklüzivlik Strategiyası bu sahədə irəliləyişi və təşkilatın çalışdığı bütün istiqamətlərdə əlçatanlığı təmin etmək üçün konkret yol xəritəsi təqdim edir. Baş qərargahda və çalışdığımız bütün ölkələrdə rəqəmsal əlçatanlığı qiymətləndirir, maneələri aradan qaldırır və təşviq edirik, əlilliyi olan şəxslərin inklüziyası ilə bağlı nümunə göstəririk. Gəlin belə bir gündə və hər gün hamıya əlçatan və ədalətli dünya qurmaq üçün innovativ həllər tapmaq yolunda birlikdə çalışaq”.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!