Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 15-01-2023, 16:44
İbrahim Kalından İsveç və Finlandiyaya xəbərdarlıq mesajı


İbrahim Kalından İsveç və Finlandiyaya xəbərdarlıq mesajı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NATO-ya üzvlük prosesi davam edən iki Skandinaviya ölkəsinə xəbərdarlıq edib. Kalın parlamentdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədin təsdiqi üçün az vaxt qaldığını açıqlayıb. "Bizdə növbəti parlament seçkiləri yaxınlaşdığı üçün vaxt məsələsi var. İsveç və Finlandiya NATO-ya tezliklə üzv olmaq istəyirsə, onların 2 ay və 2 ay yarım vaxtı qalıb", - deyə Ərdoğanın sözçüsü vurğulayıb. Qeyd edək ki, NATO-ya üzvlük alyans çərçivəsində konsensus yolu ilə mümkün olduğu üçün İsveç və Finlandiyanın təşkilata qoşulmasına Türkiyənin razılığı lazımdır. Rəsmi Ankara terrorla mübarizədə əməkdaşlıqdan yayındığı üçün bu iki ölkənin üzvlük prosesini dəstəkləmirdi. Daha sonra əldə olunan razılaşmaya görə, İsveç və Finlandiya müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Türkiyə onların NATO-ya üzvlüyünə etiraz etməyəcəyini bəyan edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!