“Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                       
Tarix : 18-01-2023, 13:51
Arayik Laçın yolunun açılmasıyla bağlı bir neçə tələb irəli sürüb


Arayik Laçın yolunun açılmasıyla bağlı bir neçə tələb irəli sürüb

Qarabağdakı erməni separatçı-terrorçu dəstənin başçısı Arayik Arutunyan Xankəndidə öz ətrafı ilə qapalı görüş keçirib. Görüşdə Xankəndi-Laçın yolundakı vəziyyət və Azərbaycan tərəfinin tələblərindən bəhs olunub. Bu barədə “Hraparak” qəzetinin məlumatında qeyd edilib. Arayik Arutyunyan Xankəndidəki separatçılara məlumat verib ki, Azərbaycan Laçın yolunun açılması ilə bağlı bir neçə tələb irəli sürüb. Bunlardan biri Ruben Vardanyanın Qarabağdan çıxarılması, digəri Ağdarədəki “Qızılbulaq” mədəninin fəaliyyətinin dayandırılmasıdır. Eyni zamanda rəsmi Bakı tələb edib ki, Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində Qarabağa və Ermənistana gedən bütün yüklər və nəqliyyat vasitələrinin yoxlanılması üçün rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycanın nümayəndəsi olmalıdır. Başqa bir tələb separatçılara məxsusu ağır hərbi texnikanın geri çəkilməsidir. Arayik Arutyunyan bildirib ki, əslində Azərbaycan tərəfi separatçılarla heç bir danışıqlar aparmır, bu tələblər vasitəçilik yolu ilə onlara təqdim olunub. Vasitəçilərə gəlincə, bunun Ermənistanın səlahiyyətliləri güman edilir. Arutyunyan deyib ki, onlar bu tələbləri qəbul etməyiblər. “Çünki onlar yerinə yetirildikdən sonra Laçın dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur”, - deyə separatçıların başçısı qeyd edib. Arutyunyan yaxın ətrafına onu da deyib ki, çətin günlər hələ qarşıdadır, vəziyyət divara dirənib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!