Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 24-02-2023, 20:49
Ukraynadan torpaqlarımızı geri alacağıq - Medvedev


Ukraynadan torpaqlarımızı geri alacağıq - Medvedev

"Biz Ukraynadan torpaqlarımızı geri alacağıq". Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev söyləyib. "Xüsusi hərbi əməliyyatın başlanmasından bir il keçir. Artıq bir ildir ki, əsgərlərimiz torpaqlarımızda asayişi, əmin-amanlığı, ədaləti bərpa edib, xalqımızı qoruyub, nasizmin kökünü təmizləyib. Onlar bizim qəhrəmanlarımızdır. Bütün ölkə cəbhəyə lazım olan hər şeyi təmin etməklə onlara kömək edir. Qələbə əldə olunacaq. Biz bunun tez bir zamanda olmasını istəyirik. O gün gələcək. Torpaqlarımızı geri alacağıq. Soyqırımı və bombardman illərində əziyyət çəkən xalqımızı etibarlı şəkildə qoruyacağıq", - Medvedev Ukrayna ilə bağlı iddialar səsləndirib. Müharibədə qalib gələcəklərini və Kiyevi danışıqlar masasına oturtacaqlarını vurğulayan Medvedev Rusiyanın əzəli düşmənini mümkün qədər zəiflətmək istədiyini vurğulayıb:"Bundan sonra danışıqlar gələcək. Əminəm ki, danışıqlar çətin və gərgin keçəcək. Danışıqların rəsmi tərəfi düşmənimiz, amma lider fərqlidir. Sağ olsa belə qərarları nə Zelenski, nə də onun nümayəndələri verəcək. Qərarı Kiyevə silah tədarük edən, okeanın o tərəfindən Ukrayna iqtisadiyyatını ayaqda tutmaq üçün pul yardımı edənlər verəcək".


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!