Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
Tarix : 14-03-2023, 16:40
Formatı genişləndirək və Almaniyanı, ABŞ-ı dəvət edək - Paşinyan


Formatı genişləndirək və Almaniyanı, ABŞ-ı dəvət edək - Paşinyan

"Fransanın mövqeyi Azərbaycanı qane etmirsə, o zaman formatı genişləndirək və Almaniyanı, ABŞ-ı dəvət edək". Bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan deyib. "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq fikrində deyil. Rusiya və Ukrayna arasında baş verən hadisələr Ermənistan üçün həm risklər, həm də imkanlar ehtiva edir, vəziyyət statik deyil. Bir tərəfdən, ötən il Ermənistanın Aİİ-nin digər ölkələri ilə ticarəti böyük həcmə çatıb. Bu, Ermənistan iqtisadiyyatı üçün fürsətdir. Amma digər tərəfdən, Ermənistanın anti-Rusiya sanksiyalarından yan keçməyə cəhd edib-etməməsi ilə bağlı Qərbdə narahatlıq var. Bu, təhlükəlidir", - deyə o bildirib. Baş nazir Ermənistan və Azərbaycan liderlərinin görüşü ilə bağlı heç bir razılaşma olmadığını söyləyib: "İrəvan Brüssel formatı da daxil olmaqla işi davam etdirməyə razıdır, lakin əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsindən başlamaq lazımdır. Praqa danışıqları Brüsseldəki danışıqlardan daha effektiv olub. Əgər Azərbaycan Fransanın Praqa formatında olması ilə razı deyilsə, o zaman format genişləndirilə bilər. Məsələn, Almaniya, ABŞ-ı dəvət edilə bilər".


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!