Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 26-03-2023, 15:36
Moldovada dövlət dilinin dəyişdirilməsiylə bağlı qalmaqal yaşanıb


Moldovada dövlət dilinin dəyişdirilməsiylə bağlı qalmaqal yaşanıb

Moldova Prezidenti Maya Sandu ötən günlərdə dövlət dilinin Moldova dilindən rumın dilinə dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyib. "Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin", - deyə Sandu bildirib. Bundan əvvəl parlamentin 101 deputatından 58-i qanun layihəsinin lehinə səs verib. Sözügedən qanun layihəsini parlamentdə 63 mandata malik Fəaliyyət və Həmrəylik Partiyası təklif edib. Kommunistlərin və sosialistlərin müxalifət bloku qanun layihəsinə qarşı çıxıb. Belə ki, sənəd birinci oxunuşda qəbul edilən zaman parlamentdə dava düşüb. Qeyd edək ki, qanun layihəsinə əsasən, “Moldova dili” sözləri “rumın dili” ilə əvəz edilib. Onu da bildirək ki, Moldovanın məktəb və universitetlərində rumın dili tədris edilir. Kiril əlifbasına əsaslanan Moldova dili isə yalnız rusların nəzarəti altında olan Dnestryanı bölgədə tədris olunur. Moldovalı jurnalist Julia Semenov müzakirələrə səbəb olan qanunla bağlı danışıb. O bildirib ki, dilin adının dəyişdirilməsinin heç bir mənası yoxdur. “Bizdə rəsmi dil Rumın dilidir, parlament iki həftə əvvəl müzakirə edib və artıq qanunu təsdiqləyiblər. Əvvəl Moldova adı var idi, amma eyni dildir. Bəziləri belə qərarın verilməsinə qəzəblənirlər. Onların da başında ruslar dayanır. Çünki dilin adı məsələsini geosiyasətlə əlaqələndirirlər. Digər tərəfdən ölkədə olan ruspərəstlər bunun Moldova dövlətini məhv etmək məqsədi daşıdığını düşünürlər. Eyni zamanda bunu böyük bir iş kimi görməyən kütlə də var. Üçüncü tərəf isə qərarın verilməsinə sevinir”, - deyə jurnalist vurğulayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!