Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 14-04-2023, 15:00
Almaniya Paşinyana sərt xəbərdarlıq etdi


Almaniya Paşinyana sərt xəbərdarlıq etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri zamanı qərbli həmkarları ona sərt xəbərdarlıq edib. Bu barədə Ermənistanın "Hraparak" qəzetində dərc edilən məqalədə bildirilir. Nəşr qeyd edir ki, Paşinyana Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardan yan keçməyə kömək edilməməsi barədə xəbərdarlıq edilib. Məlumata görə, Paşinyan Ermənistana qayıdandan sonra Mərkəzi Bankın sədrinə, hökumət üzvlərinə Rusiyaya yardımı dayandırmağı tapşırıb. Bildirilir ki, Rusiya Federasiyası ərazisinə texnoloji vasitələrin daşınmasının qarşısını almaq üçün hava limanında ciddi nəzarət tədbirləri həyata keçirilib. Xatırladaq ki, Paşinyan martın 2-də Almaniyaya səfər edib. O, Berlində Almaniya kansleri Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayerlə görüşüb. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bəzi erməni şirkətləri sanksiyalara məruz qalıb. 2022-ci ilin sentyabrında ABŞ Maliyyə Nazirliyi Ermənistanın “Taco LLC” təchizatçı şirkətinə sanksiya tətbiq edib. Bu şirkətə qarşı sanksiyaların tətbiq edilməsinin səbəbi Rusiya hərbi sənayesi üçün müxtəlif məhsulların təchizatı ilə məşğul olmasıdır. Bundan başqa, Rusiyanın Qazprom şirkətinin Ermənistandakı törəməsi olan “Arekzimbank-Qazprombank” Rusiyadan qazın rublla alınması ilə bağlı köçürmə əməliyyatlarını həyata keçirdiyi üçün sanksiyalara məruz qalıb. Rusiyanın VTB Bankının Ermənistandakı törəməsi olan “VTB Bank Ermənistan” da Rusiya banklarına müxtəlif xidmətlər göstərməsi və pul köçürmələrini davam etdirməsi səbəbindən "qara siyahı"ya düşüb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!