Tarix : 25-04-2023, 19:30
 
 Qarabağa yeni müşavir təyin olunduAzərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin edilib. Bu barədə "Pastinfo" nəşri məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə general-polkovnik Aleksandr Lentsov gətirilib. 67 yaşlı general 22 yanvar 2020-ci ildən Rusiya müdafiə nazirinin müşaviri vəzifəsində çalışır. Qeyd edək ki, bu gün sülhməramlı kontingentin komandanı Andrey Volkovun işdən çıxarılması barədə məlumat yayılıb.
 
 Paylaş
  Bölmə: Dünya / Karusel / Xəbər lenti