Tramp Ukraynaya hərbi yardım paketini təsdiqlədi .....                        "Qarabağ"ın oyununda ilk qol - YENİLƏNİR .....                        Fələstinin müstəqilliyinin tanınması HƏMAS-a deyil .....                        Ceyhun Bayramov: Qətərə edilən son hava hücumu dərin narahatlıq doğurur .....                        Qəzzada əməliyyat nə qədər davam edəcək? - General açıqladı .....                        İtaliya müharibəyə hazır deyil .....                        6 ölkənin birgə təlimi başa çatdı .....                        Avtobus sürücüsünü döyən şəxs tutuldu .....                        Prokurorluqdan Cəlilabaddakı cinayətlə bağlı açıqlama .....                       
Tarix : 15-05-2023, 21:04
28 may üçün bu gündən işlərə başladıq - Ərdoğan


28 may üçün bu gündən işlərə başladıq - Ərdoğan

Türkiyə dünən dünyanın ən güclü demokratiya mədəniyyətinə sahib ölkələrindən biri olduğunu nümayiş etdirdi. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, 14 may seçkilərinin qalibi Türkiyə demokratiyası və 85 milyonluq xalqdır. "28 may üçün bu gündən işlərə başladıq. Həmin günə qədər dayanmadan, yorulmadan çalışıb əziz xalqımız üçün daşıdığımız məsuliyyəti yerinə yetirəcəyik", - deyə Ərdoğan vurğulayıb. Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq. İlk turun nəticələrinə əsasən, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb. Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib. İkinci turda Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq. Siyasi fəaliyyətində ilk dəfə yüksək nəticə əldə edən Sinan Oğan ikinci turda hansı namizədi dəstəkləməsinə hələ qərar vermədiyini, tərəflərlə müzakirələrdən sonra mövqeyini açıqlayacağını söyləyib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!