Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 1-09-2023, 13:50
Avropa İttifaqı 10 yeni üzvünü qəbul etməyə hazırlaşır


Avropa İttifaqı 10 yeni üzvünü qəbul etməyə hazırlaşır

Avropa İttifaqı (Aİ) genişlənmənin yeni mərhələsinə hazırlıqları gücləndirməli və 10 dövlətin qəbulu üçün vaxt çərçivəsini razılaşdırmalıdır.
Bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel xarici işlər nazirlərinin Toledoda keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.
"Genişlənmə ideyası bizim müzakirəmizin əsas mövzusu idi. Ukrayna Qərbi Balkanlar da Aİ-nin yeni üzvü olmalıdır. Ukraynadakı müharibə Aİ-nin genişlənməsi prosesini sürətləndirdi. Bu, ləyaqətə əsaslanan bir prosesdir, lakin eyni zamanda, düşünürəm ki, siyasi məqsədləri müəyyənləşdirmək, proseslərə təkan vermək yaxşı olardı. Bu məsələ bizə də aiddir, çünki biz 10 yeni Aİ üzvünü qəbul etməyə hazır olmalıyıq. Bu şərtlər daxilində müəyyən bir üfüqdə, qəbul üçün vaxt çərçivəsi bizə Aİ ölkələrinin və namizəd ölkələrin səylərini cəmləşdirməyə imkan verəcək”, - Borrell bildirib.
Borrelin sözlərinə görə, xarici işlər nazirləri genişlənmə məsələlərini müzakirə etmək üçün sentyabrın sonunda Qərbi Balkan ölkələrindən olan həmkarları ilə görüş keçirməyə razılaşıblar.
Albaniya, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Moldova, Ukrayna və Bosniya və Herseqovina hazırda Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir. Brüssel Serbiyaya aktiv təzyiq göstərir ki, onu Kosovoya bu statusun verilməsinə razı olmağa məcbur etsin ki, bu da əslində Kosovonun müstəqilliyinin rəsmi şəkildə tanınmasına bərabərdir. Gürcüstan da üzvlüyə namizəd olmağa ümid edir, lakin bunun nə vaxt baş verəcəyi hələ bəlli deyil.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!