Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                       
Tarix : 22-09-2023, 15:42
Krımın Sevastapol şəhərində yerləşən qərargahına hücum edildi


Krımın Sevastapol şəhərində yerləşən qərargahına hücum edildi

Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının ilhaq edilən Krım yarımadasının Sevastapol şəhərində yerləşən qərargahına hücum edilib.
Bu barədə Sevastapol Rusiya tərəfindən təyin edilən Mixail Razvojayev məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, raket qərargaha dəyib. Rusiya hakimiyyətinə yaxın "Mash" teleqram kanalı Sevastopoldan video yayımlayıb.
TASS dövlət agentliyi bildirir ki, Qara dəniz donanmasının qərargahına raket hücumu nəticəsində dağıntılar yüzlərlə metrə səpələnib və hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinlərdən Sevastopolun mərkəzi küçələrini tərk etməyi xahiş edirlər.
Razvojayev iddia edib ki, qərargah ətrafındakı mülki infrastruktura ziyan dəyməyib. Zərbə zamanı küçədə olan insanlar da xəsarət almayıb.
Rusiya Müdafiə Nazirliyi hücumu nəticəsində bir əsgərin öldüyünü açıqlayıb. Moskva hücuma görə Ukrayna Silahlı Qüvvələrini ittiham edib. "112" teleqram kanalı hücumu zamanı 6 nəfərin yaralandığını bildirib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!