Rüfət Səfərovun məhkəməsində mübahisə - proses təxirə salındı .....                        Prospektdə hərəkət edən yük maşınının təkərləri yerindən çıxdı .....                        "TikTok"da söyüş söyən şəxsi həbs edildi .....                        İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                       
Tarix : 9-10-2023, 16:27
Rusiyadan Zəngəzur dəhlizinə yeni ad


Rusiyadan Zəngəzur dəhlizinə yeni ad

“Bu il iyulun 2-də Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə üçtərəfli işçi qrupunun sonuncu iclası keçirilib. Tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə ediblər”.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBC-yə müsahibəsində nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyəti barədə danışarkən bildirib.
Bölgədə kommunikasiyaların açılmasından danışan Rusiya Federasiyası xarici işlər nazirinin müavini “Meğri marşrutu” ifadəsini işlədib.
“Axı biz Ermənistan ərazisindən keçən dəmir yolundan danışırıq, ona görə də mən “Meğri marşrutu” adından istifadə etmək istərdim. Bəli, Azərbaycanda buna “Zəngəzur dəhlizi” deyirlər.
Deyək ki, “Meğri marşrutu” formulası hər kəsə uyğundur, biz azərbaycanlı və erməni tərəfdaşlarımıza razılığa gəlməkdə fəal kömək edirik. Biz inanırıq ki, bu saziş Zaqafqaziyada ümumi sabitləşmə üçün çox mühüm amil olacaqdır. Bu, bütün Zaqafqaziya dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Zaqafqaziyada vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Beləliklə, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri daha da inkişaf etdirmək əzmindəyik”, - Qaluzin bildirib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!