Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                       
Tarix : 13-03-2024, 13:02
Ukrayna ilə danışıqlara hazırıq, amma.. - Putib

Ukrayna ilə danışıqlara hazırıq, amma.. - Putin

Ukrayna ilə danışıqlara hazırıq. Amma bu danışıqlar yerdə formalaşmış reallıqlara əsaslanmalıdır.
Bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" və RİA Novosti-yə müsahibəsində bildirib.
"Biz danışıqlara hazırıq? Bəli, biz hazırıq. Ancaq yalnız biz psixotrop dərmanlardan istifadə etdikdən sonra hansısa “istəklərə” deyil, belə hallarda necə deyərlər, yerdə formalaşmış reallıqlara əsaslanan danışıqlara hazırıq. Bu birincisi...İkincisi isə...Bizə artıq dəfələrlə hər şey vəd olunub. NATO-nu Şərqə genişləndirməyəcəyinə söz verdilər, sonra biz onları öz sərhədlərimizdə görürük. Onlar Ukraynadakı daxili münaqişənin dinc, siyasi yolla həll ediləcəyinə söz verdilər. Xatırladığımız kimi, Polşa, Almaniya və Fransanın xarici işlər nazirləri Kiyevə gələrək bu sazişlərin təminatçısı olacaqlarına söz vermişdilər – bir gün sonra dövlət çevrilişi oldu. Onlar Minsk razılaşmalarını yerinə yetirəcəklərinə söz verdilər, sonra isə bu vədləri yerinə yetirmək fikrində olmadıqlarını, sadəcə olaraq Ukraynadakı Bandera rejimini silahlandırmaq üçün fasilə verdiklərini açıq elan etdilər. Bizə çox şeylər vəd edilmişdi, ona görə də burada təkcə vədlər kifayət etmir", -deyə Rusiya lideri vurğulayıb.
Putin hazırda Ukraynanın döyüş sursatı tükəndiyi üçün Rusiyanın danışıqlara getməyinin axmaqlıq olduğunu söyləyib: "Bununla belə, biz ciddi danışıqlara hazırıq və bütün münaqişələri, xüsusən də bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq biz özümüz üçün dəqiq və aydın başa düşməliyik ki, bu, düşmənin yenidən silahlanma üçün almaq istədiyi pauza deyil, bu, Rusiya Federasiyası üçün təhlükəsizlik zəmanətləri ilə ciddi danışıqlardır".


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!