Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                       
Tarix : 3-08-2024, 15:51
İspaniyada anomal istilər 800-ə yaxın insanın həyatına son qoyub


İspaniyada anomal istilər 800-ə yaxın insanın həyatına son qoyub

İyul ayında İspaniyada istilər səbəbindən 700-dən çox adam ölüb.
İspaniyada 40 dərəcəni keçən anomal yüksək temperatur müşahidə edilir.
Mayorka bölgəsi istidən ən çox əziyyət çəkir: avqustun 1-i cümə axşamı günü orada bir gündə bir neçə nəfər ölüb.
60 yaşlı kişi səhər təcili yardım nömrəsinə zəng vurub - o, qayıqla sahildən uzaqlaşıb və qəfil özünü pis hiss edib. Yerli nəşr "Ultima Hora" yazır ki, xilasedicilər gələnə qədər o, artıq ölüb. Bunun səbəbi, yarılmadan göründüyü kimi, həddindən artıq isti olub.
Həmin gün saat 18:00 radələrində 61 yaşlı kişi avtomobilində keçmiş kəsim məntəqəsinin yaxınlığında ölüb - bu, ilk ölüm yerindən 7 kilometr aralıda baş verib. Həmin şəxs xilasediciləri telefonla da çağırıb. Məlumata görə, məhkəmə-tibb eksperti mərhumun bədən istiliyini ölçəndə 40 dərəcədən çox olub.
Təkcə iyul ayında III Karlos Sağlamlıq İnstitutunun məlumatına görə, İspaniyada ən azı 771 nəfər istidən ölüb, bunların əksəriyyəti ayın son həftəsində olub.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!