Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 21-09-2024, 22:24
Fransada Makrona qarşı etirazlar - FOTO


Fransada Makrona qarşı etirazlar - FOTO

Fransada ölkə səviyyəsində müxtəlif assosiasiyalar və solçu partiyaların çağırışı ilə 50 şəhər və qəsəbədə “Makron-Barnye hökumətinə” qarşı etiraz nümayişi keçirilib. Emmanuel Makronun istefasını tələb edən nümayişçilər yeni hökuməti də pisləyir.
Fransız xalqı parlament seçkilərinin nəticələrinin tanınmasını tələb edir. “Emmanuel Makron Matinyonda sağçı, antisosial, antimiqrant, homofob keçmişi olan və yalnız ifrat sağçıların daimi razılığı ilə idarə edə biləcək bir Baş nazir təyin edib”, - deyə Tələbə Həmkarlar İttifaqı, Lisey Şagirdləri Birliyi, Ailə Planlaması və “Attac France” assosiasiyasının birgə bəyanatında bildirilir. “Əyilməz Fransa (La France Insoumise –LFİ), Yaşıllar, Kommunist və Sosialist Partiyaları da keçirilən nümayişlərə qoşulublar.
Parisdə yerli vaxtla saat 14:00-da Bastiliya meydanına toplaşmış nümayişçilər klassik marşrutla Nasion meydanına doğru irəliləyiblər. Onlar “Makronun impiçmentini, eləcə də Baş nazir M.Barnyenin və hələ elan olunmamış hökumətin istefasını tələb ediblər. Onlar Makronu seçkilərdəki məğlubiyyətini tanımağa çağırıblar. “Vergi və sosial ədalət!”, “Heç nəyi unutmuruq!”, “Yaşasın inqilab!” kimi şüarlar səsləndirilib. Nümayişçilər xalqın seçiminə hörmətlə yanaşmanı tələb ediblər.
Paris polis qərargahının günorta saatlarında verdiyi təxmini rəqəmlərə görə, paytaxtda nümayişçilərin sayı mitinq ərəfəsində elan ediləndən xeyli azdır.
Xatırladaq ki, sentyabrın 7-də keçirilmiş nümayişdə polisə görə 26 min, “Əyilməz Fransa” partiyasına görə 160 min nümayişçi səfərbər olmuşdu. Əyalətlərdə bu gün on minlərlə insanın səfərbər olduğu bildirilir.
Bəzi ekspertlər Barnye hökumətinin uzun müddət davam edə bilməyəcəyini deyirlər. Həmçinin ifrat sağçı Milli Birlik Partiyası da yeni hökumətə etimadsızlıq təklifinə səs verəcəyini istisna etməyib. Hələ rəsmi elan olunmamış hökumətin ömrünün çox qısa olacağı və elə ilk anda onun etimadsızlığının Milli Assambleyada səsə qoyulacağından danışılır.
Qeyd edək ki, Fransanın yeni hökumətinin tərkibi hələ də rəsmi elan olunmayıb. E.Makron Baş nazir M.Barnyenın seçimində tam müstəqil olduğunu bildirsə də, onun təqdim etdiyi siyahını qəbul etmədiyi bildirilir. Xalq solçu partiyaların qalib gəldiyini bildirərək, bu partiyaların sosial proqramını dəstəkləyir.




Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!