Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 22-09-2024, 20:12
Şri-Lankanın yeni prezidenti


Şri-Lankanın yeni prezidenti

Şri-Lankada sentyabrın 21-də keçirilmiş prezident seçkisinin ilkin nəticələrinə görə sosial-demokrat alyansının namizədi Anura Kumara Dissanayake qalib gəlib.
Şri-Lankanın Mərkəzi Seçki Komissiyası səslərin sayılmasından sonra heç bir namizədin tələb olunan 50 faizdən çox həddi keçə bilmədiyini açıqlayıb. Qanunvericiliyə uyğun olaraq ən çox səs toplamış 2 namizəd - Anura Kumara Dissanayake (42,31 faiz) və müxalif Birləşmiş Xalq Gücü blokunun lideri Sacith Premadasa (32,76 faiz) üçün səslərin 2-ci mərhələdə sayılması həyata keçirilib. Belə ki, qaydalara əsasən, seçicilər seçki bülletenində 3 namizədi qeyd edə bilərlər. Əgər tələb olunan səsi yığan olmasa, onda 2-ci mərhələ olaraq seçicilərin səsvermə bülletenində 2-ci və 3-cü seçimləri ən çox toplamış 2 namizədin xeyrinə sayılır. İkinci mərhələdə Anura Kumara Dissanayake qalib olub. O, növbəti 5 il müddətinə ölkəyə rəhbərlik edəcək.
Yeni seçilən prezidentin qarşısında, ilk növbədə, ölkəni ağır iqtisadi vəziyyətdən çıxarmaq vəzifəsi duracaq. Onun andiçmə mərasiminin sentyabrın 23-də təşkil olunacağı bildirilir.
Qeyd edək ki, prezidentlik vəzifəsi uğrunda 38 nəfər mübarizə aparıb. Onlar arasında ən çox şanslı olanlar hazırkı Prezident Ranil Vikramasinqhe, müxalif Birləşmiş Xalq Gücü blokunun lideri Sacith Premadasa, Milli Xalq Hakimiyyəti alyansının lideri, parlamentin deputatı Anura Kumara Dissanayake hesab olunurdu.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!