Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 15-10-2024, 00:28
Bayden və Harrisin komandaları arasında gərginlik artır


Bayden və Harrisin komandaları arasında gərginlik artır

Prezident seçkilərinə bir neçə həftə qalmış Kamala Harrislə Co Baydenin komandaları arasında münasibətlər daha da gərginləşir.
Bu barədə “Axios” 10-a yaxın mənbəyə istinadən yazıb. Bildirilir ki, Harris komandasının bəzi nümayəndələri Ağ Evin köməkçilərinin Baydenin cədvəlini vitse-prezidentin kampaniyası ilə uyğunlaşdırmaq üçün kifayət qədər koordinasiya etməməsindən şikayətlənirlər. Buna sübut olaraq, oktyabrın 11-də Harrisin Miçiqan ştatında seçicilərlə görüşü zamanı Ağ Evin brifinq otağında Baydenin qeyri-müəyyən mətbuat konfransı keçirməsinin Harrisin tədbirinin gözləniləndən daha az televiziyada yayımlanmasına səbəb olduğu deyilir. Bununla yanaşı, ötən həftənin əvvəlində Harris Florida qubernatoru Ron De Santisi son qasırğalarla bağlı zənglərinə cavab vermədiyi üçün tənqid etdiyi halda, qısa vaxt sonra Bayden qubernatoru qayğıkeş və işgüzar adlandırıb. Vəziyyətlə tanış olan bir şəxs “Axios”a Harrisin şərhləri ilə bağlı Baydenə məlumat verilmədiyini söyləyib. Harris kampaniyasından başqa bir nəfər bildirib ki, Ağ evdə deyilənlərin seçki kampaniyasına necə təsir edəcəyini düşünən adam yoxdur.
Qeyd olunur ki, Bayden və Harris komandaları arasında gərginlik qaçılmaz idi. Belə ki, Demokratlar Partiyasının Baydenə seçki yarışından çəkilməsi üçün təzyiq etməsi ilə yanaşı, Ağ Evdə olan vitse-prezidentin Oval Ofisin sahibi ilə daxili mübahisəsi ilk hal deyil. Bu baxımdan 2000-ci ildə Al Qor ilə Bil Klinton və 1988-ci ildə Corc Buş və Ronald Reyqan arasında gərginlik misal olaraq göstərilib.
Koordinasiya ilə bağlı problemin olmasına baxmayaraq, bəzi mənbələr Ağ ev komandasının Harrisin qalib gəlməsi üçün gərgin işlədiyini bildirib. Ağ Ev daxildə yüksək səviyyəli rəsmilər arasında gərginliyin olmasını təkzib edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!