Bakıda vəzifəli şəxs QƏTLƏ YETİRİLDİ .....                        İran "Sülh Sammiti"nə getmədi .....                        Bu şərtlə hücumları dayandırarıq... - Husilər .....                        Moskva Bakı ilə problemli məsələlərin həllini gözləyir - Kreml .....                        Dünyanın ən gözəl paytaxtı .....                        Tatarıstanda qayıq qəzası - 2 nəfər öldü .....                        "Taliban" kimi müki əhalini hədəfə almırıq - Pakistan .....                        Azərbaycanda 16 yaşlı qız ana oldu .....                        Mingəçevirdə zirzəmidən körpə tapıldı .....                       
Tarix : 28-10-2024, 12:04
Zaxarova Gürcüstan prezidentinə cavab verdi: “...buna inanmaq axmaqlıqdır!”


Zaxarova Gürcüstan prezidentinə cavab verdi: “...buna inanmaq axmaqlıqdır!

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkədəki parlament seçkilərinin nəticələrini tanımaq istəməmə.sinə münasibət bildirib.
Zurabişvilinin bununla bağlı bəyanatını şərh edən Zaxarova ona Gürcüstanın gələcəyinin niyə Avropa gələcəyindən daha pis olduğu sualını verib.
Diplomat Gürcüstan prezidentinin seçkiləri tanımadığını, çünki bunun “Gürcüstanın Rusiyaya tabe olması” anlamına gəldiyini bildirən bəyanatına istinad edərək, “Heç kim Gürcüstanın Avropa gələcəyini əlindən ala bilməz” deyib.
“Zurabişviliyə bir sualım var: niyə Gürcüstanın gələcəyi Avropanın gələcəyindən pisdir? Fransa vətəndaşına xatırladım ki, Gürcüstan Fransadan daha qədimdir”, - Zaxarova Telegram kanalında yazıb.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi onu da qeyd edib ki, Amerikanın Yaxın Şərqdə və Şimali Afrikadakı macəraları ucbatından milyonlarla insan Avropaya axın edən qeyri-qanuni miqrantlar.
“Ona görə də Avropa İttifaqının başqasına “Avropa gələcəyini” bəxş edə biləcəyinə inanmaq sadəcə axmaqlıqdır”, - Zaxarova vurğulayıb.
S.Zurabişvili 26 oktyabrda keçirlən parlament seçkilərinin nəticələrini tanımadığını bildirib və vətəndaşları bazar ertəsi saat 19:00-da parlament binası qarşısında mitinq keçirməyə çağırıb. O, çıxışında hazırkı hökuməti qeyri-legitim adlandırıb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, heç kim Gürcüstanda keçirilən parlament seçkilərinin qeyri-legitim olduğunu göstərən faktlar təqdim edə bilməyəcək. O, həmçinin bildirib ki, Zurabişvili seçkilərdən sonra yeni parlamentin ilk iclasına mane ola bilməyəcək.
Rəsmi məlumata görə, Gürcüstanda hakim “Gürcü arzusu” partiyası səslərin 54 fazini əldə edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!