Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 21-12-2024, 21:08
Türkiyədə yeni konstitusiya qəbul ediləcək? - Ərdoğan AÇIQLADI


Türkiyədə yeni konstitusiya qəbul ediləcək? - Ərdoğan AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib.
Bu barədə o, Muğlada QHT nümayəndələri ilə görüşdə bildirib.
Ərdoğan yeni konstitusiyanın Türk Əsri məqsədinə daha tez çatmağa imkan verəcəyini bildirib.
"Yeni konstitusiya Türkiyə üçün lüks deyil, çoxdan gecikmiş bir ehtiyacdır. Bu istiqamətdə atılan addım Türk əsri hədəfimizə daha asan və daha tez çatmağa imkan verəcək", - o qeyd edib.
Türkiyə lideri 42 il əvvəl qəbul edilən konstitusiyasının demokratiyaya zidd olduğunu bəyan edib:
"Biz bu çağırışı müxalifətin iddia etdiyi kimi gündəm narahatlığından deyil, əksinə, ölkəmizin yeni konstitusiyaya ehtiyacını gördüyümüz üçün edirik. Amma bizdə elə müxalifət var ki, həllin bir parçası olmaq bir yana, problemin böyüməsi üçün əlindən gələni edir. Onların ölkənin hər hansı məsələsi, o cümlədən Konstitusiya ilə bağlı təklifləri varmı? Onların lüğətində “Biz istəmirik”dən başqa söz varmı? Belə gəldi, belə getsin".
O, Türkiyə parlamentindəki əksər partiyaların yeni konstitusiya ilə bağlı bir çox məsələdə, xüsusilə ilk dörd maddədə həmfikir olduqlarını görməkdən məmnun olduğunu ifadə edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!