Pezeşkian İlham Əliyevə məktub yazdı .....                        Hosteldən meyit tapıldı .....                        Ərdoğandan Özəlin çağırışına reaksiya .....                        Ana 14 aylıq körpəsindən imtina edib? .....                        CHP qurultaya gedir .....                        Sudan ordusu qiyamçılara hücum etdi .....                        Gəncədə qaz balonu partladı - yaralı var .....                        İmamoğlu ifadə verdi .....                        Qar uçqununa düşən hərbçilərimizin nəşi tapıldı .....                       
Tarix : 11-03-2025, 17:30
Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya


Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya

Suriyada hökumət qüvvələri ilə keçmiş rejim lideri Bəşər Əsədə bağlı olan qüvvələr arasında Latakiya və Tartus şəhərlərində baş verən silahlı qarşıdurmaların şiddətlənməsi beynəlxalq narahatlığa səbəb olub. Döyüşlərin məzhəb zəmnində getdiyi bildirilir.
ABŞ və Rusiya məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında 10 mart tarixində qapalı iclas çağırıb. Türkiyə, ABŞ, İran, Fransa, Rusiya və Çin hadisələrə münasibət bildirib, döyüşlər və mülki itkilər barədə narahatlıqlarını ifadə ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ərazisində baş verən terror və zorakılığı sərt şəkildə pisləyib: “Türkiyə olaraq Suriyanın birliyini, sabitliyini və sosial sülhünü hədəf alan hər cür hücumu lənətləyirik” O, müvəqqəti hökumətin hadisələri böyük ölçüdə nəzarət altına aldığını, lakin vəziyyətin hələ də həssas olduğunu bildirib. Ərdoğan ələvilərin siyasi manipulyasiya vasitəsinə çevrilməsinə icazə verməyəcəklərini də vurğulayıb.
Suriyada 6 martda başlayan toqquşmalarda 1 500-dən çox insanın həlak olduğu bildirilir. Ölənlər arasında mülki şəxslər də var.
Suriya Müvəqqəti Hökumətinin lideri Əhməd Əş-Şərra 10 martda təhlükəsizliyin bərpası barədə açıqlama verib. O, mülki əhaliyə qarşı zorakılıq iddialarının araşdırılması üçün müstəqil komissiyanın yaradılacağını bildirib.
Hadisələrə beynəlxalq təşkilatlar da reaksiya verib. BMT İnsan Haqları Komissarı Volker Türk məzhəb zəmnində edam hallarına dair məlumatlar aldıqlarını bildirib.
ABŞ Dövlət Katibi Marko Rubio isə Suriyadakı etnik və dini azlıqlara dəstək verdiklərini bəyan edib. O, radikal döyüşçülərin bölgədə zorakılıq törətdiyini və məsuliyyətə cəlb olunmalı olduqlarını vurğulayıb.
İran və Rusiya isə məsələyə fərqli yanaşıblar. İran Xarici İşlər Nazirliyi hadisələrdə Tehran hökumətinin hər hansı rolu olduğunu qətiyyətlə rədd edib. Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın Suriyada davam edən qarşıdurmalardan dərin narahatlıq duyduğunu bildirib. Çin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayaraq, tərəfləri silahlı münaqişəni dayandırmağa və Suriyanın gələcəyi üçün siyasi həll yolu tapmağa çağırıb.
Məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib ki, Türkiyə Suriyanın birliyinə tərəfdar olan ölkələrdən biridir:
"Oradakı bütün qüvvələrin birlikdə idarəetmədə olmağını istəyirik. Əvvəldən verilən açıqlamalar da bu istiqamətdə olub. Hazırki Prezident bu mövzuda lazımi tədbirləri görür. Lakin təəssüf ki, bəziləri bu vəziyyəti bəyənmir və qarışıqlıq yaradır. Türkiyə olaraq, bunu uyğun görmürük. Tərəfləri sülhə çağırır, bərabər şəkildə məsələləri ortaq konstitusiya çərçivəsində çıxarılmasına və bütün qrupların orada təmsil olunmasını istəyən tərəfik".
Ş.Ayrım vurğulayıb ki, Türkiyənin oraya silahlı müdaxiləsi ola bilməz:
"Bizim üçün bu gün əhəmiyyətli olan öz sərhədlərimizin təhlükəsizliyidir. Suriyanın sahibi özləridir. Oradakı bütün qruplar bir araya gəlib birlik-bərabərlik qurmalıdırlar. Xaricdən müdaxilə olduğu üçün vəziyyət bu yerə gəlib çatıb. Biz səbrlə prosesləri gözləyirik. Əvvəldən bəri, təbii ki, Türkiyə mövcud quruluşu dəstəkləyir. Xarici işlər nazirmiz Suriyaya getdi. Prezidentimizin açıqlamaları, Əhməd Şaaranın Türkiyəyə gəlməsi bunu sübut edir. Türkiyə mövcud sistemin içərisində olmayan qrupların da bura daxil olmağını arzu edir".


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!