Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 3-05-2016, 12:39
Yaşar Aydəmirov: “İranlı qardaşlarımızın hərbi yardımı bizim üçün əvəzsizdir”




"Aprelin əvvəllərində Ermənistanın Azərbaycana növbəti təcavüzünün qarşısı Silahlı Qüvvələrimizin şəxsi heyətinin igidliyi və rəşadəti hesabına alındı. Azərbaycan əsgəri 20 ildən artıq işğal altında olan torpaqların bir qismini azad edərək yeni yürüşlər üçün strateji baxımdan əlverişli platsdarm əldə etdi".

Butov.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

Y. Aydəmirov bildirib ki, qısamüddətli döyüşlərin təhlilini aparan ekspertlər də Azərbaycanın müdafiə və hərbi potensialının bu illərdə nə qədər artdığının, düşməndən üstün olduğunun şahidi olduqlarını bildirirlər: "Bir məqamı xüsusilə vurğulamaq lazımdır. Düşmən üçün gözlənilməz olan Ordumuzun silahlanmasındakı müasir, ən yeni nəsil döyüş texnikası, silah-sursat və digər hərbi təyinatlı vasitələrin olmasıdır".

Y. Aydəmirov vurğulayıb ki, Rusiya, Türkiyə, İsrail, İran və digər yaxın və dost dövlətlərlə son illərdə həyata keçirilən hərbi-texniki əməkdaşlıq öz bəhrəsini verib: "Bu ölkələr sırasında xüsusilə iranlı qardaşlarımızın hərbi yardımı bizim üçün əvəzsizdir".

General-leytenant xatırladıb ki, I Qarabağ savaşında olduğu kimi, bu gün də İran dövləti bizi həm siyasi, həm də hərbi baxımdan dəstəkləyir: "Bu dəstək ölkələrimiz və xalqlarımız arasında mövcud dini, milli, tarixi və mədəni köklərə əsaslanır. Yadımdadır, hələ 90-cı illərin əvvəllərində Ermənistanın açıq-aydın təcavüzü ilə üzləşərkən iranlı qardaşlarımızın həm hərbi mütəxəssisləri, həm könüllüləri bizimlə çiyin-çiyinə düşmənə qarşı eyni səngərdə döyüşürdülər. Onda hələ dövlətimiz yeni-yeni qurulur, maliyyə çətinlikləri ilə üzləşir və iqtisadi cəhətdən də güclü deyildi".

Aydəmirov bildirib ki, hazırda Azərbaycanla İran arasında hərbi, hərbi-texniki, o cümlədən müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq həyata keçirilir: "Qarşılıqlı əsasda yüksək səviyyəli, eləcə də mütəxəssislərin iştirakı ilə müxtəlif görüşlər, həmçinin İranın müdafiə sənayesi kompleksi ilə tanışlıq səfərləri təşkil olunur və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilir".

"Heç də sirr deyil ki, İrandan əldə edilən 122 millimetrlik D-30A haubitsaları, 107 millimetrlik yaylım atəşli reaktiv sistemləri (YARS), 60 millimetrlik minaatanlar, eləcə də külli miqdarda sursatlar, hərbi təyinatlı digər vasitələr aprel ayının əvvəllərində Ermənistanın təcavüzünə qarşı həyata keçirilən əks-həmlə əməliyyatı zamanı uğurla tətbiq olundu. Döyüşlərdə iştirak edən silahdaşlarımla apardığım söhbətlər zamanı həmin silahların düşmənə dağıdıcı zərdə endirməsi baxımından nə dərəcədə yüksək effektli olması bir daha öz təsdiqini tapdı", - deyə Aydəmirov vurğulayıb.

General-leytenant İranın bundan sonra da daim azərbaycanlı din qardaşlarının yanında olacağına, ölkəmizin haqq işi uğrunda apardığı mübarizədə xalqımıza dəstək verəcəyinə əminliyini ifadə edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!