Nərimanovda bina yanır .....                        CHP-də qurultay - Kılıçdaroğlu qatılmadı .....                        ABŞ Donbası Rusiyaya verir? .....                        Dünyanın ən hündür 10 teleqülləsi .....                        Binəqədidəki yanğın söndürüldü .....                        Abşeronda evlərdən və marketlərdən oğurluq edildi .....                        Tacikistan-Əfqanıstan sərhədində hücum: 3 çinli öldürüldü .....                        Ehtiyatda olan hərbçilər təlimə çağrıldı - VİDEO .....                        Bakı məktəblərində istiliklə bağlı SON VƏZİYYƏT .....                       
Tarix : 29-04-2025, 13:29
Gürcüstan Prezidenti Paşinyanla görüşüb


Gürcüstan Prezidenti Paşinyanla görüşüb

Gürcüstan Prezidenti Mixail Kavelaşvili İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.
Ermənistan Hökumət Evində baş tutan təkbətək görüşdə M.Kavelaşvili regional əməkdaşlıq və Cənubi Qafqazda sülh təşəbbüslərinə dəstəyini ifadə edib.
Tərəflər Gürcüstan və Ermənistan arasında mövcud olan səmərəli əməkdaşlıq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər. Həmçinin, regionda mövcud çağırışlar, eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti müzakirə edilib.
Prezident Mixail Kavelaşvili bəyan edib ki, Gürcüstan 2025-ci il martın 13-də Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların tamamlanmasına dair verilmiş bəyanatı Cənubi Qafqazda davamlı sülh və sabitlik yolunda tarixi addım kimi qiymətləndirir.
Kavelaşvili, eyni zamanda, qeyd edib ki, bu yaxınlarda Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş keçirilib və bu formatda əməkdaşlığın gələcəkdə də davam etdirilməsi regionun rifahı baxımından önəmlidir.
Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda regional dialoq və əməkdaşlığın inkişafına sadiqdir və bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazırdır.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!