Azərbaycanda vulkan püskürdü .....                        Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi" - Aqşin Yenisey .....                        Yıldız Tilbe Vəfa Şərifovanı MƏHKƏMƏYƏ VERİR .....                        "Qurtuluş"un rəhbəri həbs edildi - YENİLƏNİB .....                        Arakçi Ərdoğanın qəbulunda .....                        Qonşunun 13 yaşlı qızına təcavüz edən şəxs AĞIR CƏZALANDIRILDI .....                        907-ci düzəlişin ləğvi müzakirə edildi .....                        Avropa Rusiyaya sanksiyalardan 1.5 trilyon avro itirib .....                        Tramp şəxsən Putindən xahiş edib .....                       
Tarix : 1-05-2025, 16:48
ABŞ-Ukrayna arasında çoxdan gözlənilən sazişin detalları


ABŞ-Ukrayna arasında çoxdan gözlənilən sazişin detalları

ABŞ və Ukrayna arasında təbii sərvətlərin birgə işlənməsi və Ukraynanın bərpası üçün İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutan saziş imzalanıb.
Razılaşmanın əsas şərtləri və təsdiqlənmə prosesi ilə bağlı əlavə məlumatlar açıqlanıb.
ABŞ Maliyyə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, saziş Ukraynaya Rusiya işğalına qarşı mübarizədə göstərilən ABŞ xalqının “əhəmiyyətli maliyyə və maddi dəstəyinə” cavab olaraq imzalanıb. Nazirliyin bəyanatına görə, iqtisadi əməkdaşlıq vasitəsilə tərəflər Ukraynanın iqtisadi bərpasını sürətləndirmək üçün “ortaq resurslar, bacarıqlar və imkanlardan” istifadə edəcək.
Sazişin tam hüquqi qüvvəyə minməsi üçün Ukrayna parlamenti – Ali Rada tərəfindən ratifikasiya olunması tələb olunur. Hazırda tərəflər sənədin idarə olunması mexanizmləri üzərində razılaşmanı yekunlaşdırmağa çalışır.
Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko Vaşinqtonda ABŞ maliyyə naziri Skott Bessentlə birgə sənədi imzalayıb. O, sosial şəbəkədə bildirib ki, “sənəd hər iki ölkə üçün uğur vəd edən məzmuna malikdir” və sazişin mətninə son dəyişiklərin edilməsi ilə daha səmərəli nəticələr əldə olunacağına inanır.

Sazişin əsas şərtləri:

- ABŞ-Ukrayna İnvestisiya Fondu yaradılır və bu fond 10 il ərzində Ukraynada inkişafa yönəlik investisiyalar həyata keçirəcək.

- Fondun idarəçiliyi və maliyyələşdirilməsi 50/50 nisbətində tərəflər arasında bölünəcək.

- ABŞ-a yeni təbii sərvət yataqlarının işlənməsi üzrə bağlanacaq müqavilələrdə üstünlük veriləcək, lakin bu, mövcud resurslar üzərində avtomatik pay hüququ yaratmır.

- Ukrayna yeraltı sərvətlər, infrastruktur və aktivlər üzərində nəzarəti saxlayır, vəsaitlər yalnız yeni veriləcək lisenziyalarla təmin olunacaq.

- ABŞ-ın bundan sonra Ukraynaya yönəldəcəyi dəstək "investisiya" hesab ediləcək. Əvvəlki hərbi yardımlar isə bu fonda ABŞ-ın payı kimi nəzərə alınmayacaq.

Ukrayna Baş naziri Denis Şmıqal bildirib ki, saziş “tam tərəfdaşlıq” prinsipi əsasında qurulub və Avropa İttifaqına üzvlük prosesinə heç bir maneə yaratmayacaq.
BBC-nin əldə etdiyi məlumata görə, sənədin imzalanmasından əvvəl tərəflər arasında bəzi fikir ayrılıqları yaranıb. ABŞ tərəfi sazişlə yanaşı fondun konkret fəaliyyət mexanizmlərini əks etdirən əlavə sənədlərin də dərhal imzalanmasında israr edib. Ukrayna isə bu sənədlərin əvvəlcə Ali Rada tərəfindən təsdiqlənməsinin vacibliyini bildirib.
Maliyyə naziri Skott Bessent bu gərginliyi Ukrayna nümayəndə heyətinin son anda sənədə bəzi dəyişikliklər təklif etməsi ilə izah edib. O, qeyd edib ki, ABŞ tərəfi sənədi imzalamağa hazırdır və top indi Ukraynanın meydanındadır.
Qeyd edək ki, ilkin niyyət protokolu 18 aprel tarixində imzalanmışdı.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!