Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır - Siyahıda Azərbaycan da var .....                        Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü - VİDEO .....                        Turçinin Azərbaycana səfəri başa çatdı .....                        Güclü yağışa görə bu yolda problem yarandı .....                        Pezeşkiandan sonra Netanyahu ilə danışdı .....                        İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verdi .....                        Almaniyada yeni kansler .....                        Bakıda yaşayış binasında yanğın söndürüldü .....                        Avropadan Rusiyaya yeni sanksiyalar .....                       
Tarix : Dünən, 13:45
Pezeşkian Gəncəyə də getməliymiş: “Xameneinin cızdığı yolla hərəkət edirik”


Pezeşkian Gəncəyə də getməliymiş: “Xameneinin cızdığı yolla hərəkət edirik”

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian “Tehran Tayms”a eksklüziv müsahibəsində prezidentliyə qədərki həyat tərzindən və üzərinə düşən gərgin vəzifələrdən danışıb.
Məsud Pezeşkian “Tehran Tayms”ın müxbiri ilə Azərbaycan səfərindən qayıdarkən təyyarədə söhbətləşib.

Pezeşkian idman vərdişlərindən tutmuş İranın xarici siyasətdəki mövqeyinə qədər bir çox mövzuda açıqlamalar verib.

Məlim olub ki, aprelin 28-də İran nümayəndə heyətilə Bakıya rəsmi səfər edən Pezeşkian əslində Azərbaycanda 2 gün qalmağı planlaşdırıb. Pprezidentin səfər proqramına birinci gün Bakıda, ikinci gün isə dahi şair Nizami Gəncəvinin məzarının yerləşdiyi Gəncə şəhərində olmaq daxil imiş. Lakin həmin ərəfədə İranın cənubundakı Bəndər Abbas limanında güclü yanğının baş verməsi və çoxsaylı insan tələfatı Məsud Pezeşkianın Gəncəyə getmək planını pozub və o, səfərini bir gün tez başa vurmağa məcbur olub.

İran prezidentinin “Tehran Tayms”la müsahibəsini təqdim edirik:

- Cənab prezident, siz adətən səhər saat neçədə işə başlayırsınız?

- Adətən saat 7-də.

- Bəs adətən saat neçəyə qədər işləyirsiniz?

- Vəziyyətdən asılıdır. Bəzən axşam saat 7-də, bəzən 6-da, bəzən 11-də evə dönürük. Zaman nə etdiyimizdən və məqsədimizdən asılı olaraq dəyişir. Məsələn, indi saat neçədir?

- Təxminən 11...

- Artıq 11-i keçdi belə. Saat 12-yə çatmayacağıq. Deməli, işimizin xarakterindən asılı olaraq evə dönüş saatları dəyişir. Amma bildiyimə görə biz 24 saatlıq sistem üzrə işləyirik.

- Eşitdiyimizə görə, prezident postuna gəlməzdən əvvəl idmanla, xüsusilə dağ gəzintiləri ilə maraqlanırmışsınız. İndi idman edə bilərsinizmi?

- Çox az. Həftədə bir dəfə futbol oynamağa və ya dağa çıxmağa çalışırıq, amma istədiyimiz kimi dağa çıxa bilmirik. Mənim üçün təhlükəsiz və tənha əraziləri seçirlər. Yəni bizim insanlarla rahat ünsiyyət qura bilmək imkanlarımız məhdudlaşır, “olmaz” deyirlər. Əlimizdən də bir şey gəlmir.

- Prezidentlik öncəsi ilə post-prezidentlik dövrü arasında fərq nədir?

- Hansı baxımdan? Mən hələ də eyni adamam. Heç bir fərq yoxdur.

- Amma məsuliyyətin ağırlığı baxımından...

- Təbii ki, iş yükü daha ağırdır. Hərdən deyirəm ki, əvvəl azad idik, indi əsir. Amma bu elə bir əsarətdir ki, xalqın problemlərinin həlli naminə dözürük. Xalqın dərdinə çarə olmaq istəyirik. Bu, bizə dözmək üçün ümid və güc verir. Əgər biz gənclərin, ictimaiyyətin üzünü güldürə bilsək, bu yol daha asan və dözümlü olar.

- İranın ali rəhbəri Ayətullah Xamenei ilə şəxsi münasibətiniz necədir?

- Biz həmişə səmimi olmuşuq. Və hər zaman dediklərimizə sadiq qalmışıq. İndi biz onun müəyyən etdiyi siyasət və istiqamət üzrə irəliləyirik. Onun cızdığı yolun tərsinə hərəkət etmirik.

- Bəzi Qərb mediası İranın ABŞ-la danışıqlara acizlik və qorxudan girdiyini iddia edir.

- Biz heç vaxt deməmişik ki, “danışıqlar aparmasaq, başımıza bəla gələcək”. Keçmişdə bəziləri belə deyirdi, amma biz ölkənin gələcəyini danışıqlara qoymadıq. Biz öz işimizlə məşğul oluruq. Təbii ki, danışıqlar aparsaq, mühiti sakitləşdirsək, münasibətləri yaxşılaşdırsaq, bu, əla olar. Amma danışıqlar nəticə verməsə, biz çıxılmaz vəziyyətə düşməyəcəyik. Yetər ki ki, biz ağıllı insanlarımızla birgə olaq.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!