Türkiyədəki Azərbaycan vətəndaşlarının nəzərinə
Azərbaycanın Türkiyədəki səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar konsulluq bölməsinin iş rejimində dəyişiklik edib.
Bu barədə diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd olunub ki, bayramlarla əlaqədar səfirliyin konsulluq bölməsi 31 dekabr 2025-ci il - 4 yanvar 2026-cı il tarixlərində fəaliyyət göstərməyəcək.