Putin İran prezidenti ilə bu məsələləri müzakirə edibİran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, prezidentlər "enerji və nəqliyyat infrastrukturu da daxil olmaqla müxtəlif sahələrdə Rusiya-İran əməkdaşlığının daha da gücləndirilməsi" barədə fikir mübadiləsi aparıblar.
Bəyanatda vurğulanır ki, "İranın nüvə proqramı ilə bağlı vəziyyət də müzakirə olunub".
"Pezeşkyan Putini qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib. Öz növbəsində, Rusiya lideri İranın bu yaxınlarda keçirilən milli bayramı münasibətilə İslam Respublikasının rəhbərliyinə və xalqına ən xoş arzularını çatdırıb", - Kreml əlavə edib.