Bu qurum şəhid ailələri və əlillər üçün 5,7 milyon manat ayırdıŞirvan şəhərində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri mənzillə təmin olunacaq.
Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat əldə edib.
Belə ki, Agentlik bununla bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə müqavilə bağlayıb.
Məlumata əsasən, Şirvan şəhərində 18 ədəd ikiotaqlı, 66 ədəd üçotaqlı olmaqla, ümumilikdə 84 mənzilin satın alınması nəzərdə tutulub.
Müqavilənin maliyyə dəyəri 5 milyon 688 min 790 manat olaraq müəyyən olunub.