Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
Tarix : 4-01-2026, 17:17
Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?


Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

Ötən gün ABŞ ordusunun Karakasa hava zərbələri endirməsi ilə başlayan əməliyyat uğurla başa çatıb, qısa müddət ərzində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı iqamətgahlarında ələ keçirilib və dərhal da ölkədən çıxarılıb.
Cəmi 3 saata yaxın davam edən əməliyyat zamanı heç bir itkinin olmaması da xüsusilə vurğulanır. Bir neçə ay ərzində hazırlanan və “Delta” qrupunun gecə ilə həyata keçirilən bu mükəmməl əməliyyat onu icra edənləri bir daha gündəmə gətirib.
Bahalı, gizli və qeyri-adi “Delta”...
1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası - Delta (ing. 1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D), geniş yayılmış adları ilə “Delta”, “Delta Force” və ya Mübarizə Tətbiqləri Qrupu (Combat Applications Group - CAG).
Elit Xüsusi Əməliyyat Qüvvələri (Special Operations Force/SOF) və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan “Delta” qrupunun yaradılması barədə qərar 21 noyabr 1977-ci ildə verilib, ilk bölmələr isə 1978-ci ildə formalaşıb.
Antiterror və xüsusi missiyalar dəstəsidir. “Delta” xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ən yaxşı əsgərlərdən ibarətdir. “Delta”nın əsas vəzifəsi terrorla və üsyan əleyhinə mübarizə olsa da, məxfi tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın və gizli düşmən qüvvələrini aradan götürmək daxildir.
İlk əməliyyatları İranda girov saxlanılan diplomatları xilas etmək olub (“Qartalın Pəncəsi” əməliyyatı). Bu əməliyyatdakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayı yaradılıb.
Bəzi məlumatlara görə, bu qrupun illik büdcəsi 2 milyard dollara yaxındır.
Ən məşhur əməliyyatları: Pablo Eskobarın zərərsizləşdirilməsi (1993), Səddam Hüseynin ələ keçirilməsi (2003-cü il, “Qırmızı Şəfəq” əməliyyatı), İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhvi (2019), narkotacir El Çaponun yaxalanması (2016) və s.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!