Savaş və bölgəmizin taleyi .....                        “Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                       
Tarix : 5-01-2026, 14:31
Rusiyada rekord sayda ömürlük həbs cəzası kəsilib


Rusiyada rekord sayda ömürlük həbs cəzası kəsilib

2025-ci ildə Rusiyada 100 nəfər ömürlük həbs cəzasına məhkum edilib.
Bu, Rusiyada son illərdə qeydə alınan rekord rəqəmdir.
Nəlumatı Rusiya Ali Məhkəməsinin mətbuat xidməti açıqlayıb.
Statistikaya görə, əvvəlki ən yüksək rəqəmlər 2005 və 2012-ci illərdə olub, Rusiya məhkəmələri həmin illəırin hər birində 84 ömürlük həbs cəzası verib. 2020-ci ildə Rusiya məhkəmələri 66 belə hökm çıxarıb, 2021-ci ildə 47, 2022-ci ildə 58, 2023-cü ildə 78 və 2024-cü ildə 79 ömürlük məhkum qeydə alınıb.
Ümumilikdə, 2005-ci ildən 2024-cü ilə qədər Rusiya məhkəmələri 1316 ömürlük həbs cəzası verib.
Son illərdə Rusiya Cinayət Məcəlləsinin bir neçə əlavə maddəsinə ömürlük həbs cəzası əlavə edilib. Xüsusilə, bu cəza dövlətə xəyanət, terror aktının təşkili və yetkinlik yaşına çatmayanları terror fəaliyyətinə təhrik etmə və ya cəlb etmə kimi maddələrə görə müəyyən edilir. Lakin ömürlük həbs cəzası qadınlara, cinayəti 18 yaşına çatmamış törədən şəxslərə və ya hökm çıxarıldığı zaman 65 yaşına çatmış kişilərə tətbiq edilmir.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!