“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 9-01-2026, 00:34
Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir


Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir

İranın bir sıra şəhərlərində etiraz aksiyaları davam edir. Sosial şəbəkələr və yerli teleqram kanalları toqquşmalar, yanğınlar və silah səsləri barədə məlumatlar yayımlayır. Lakin bu xəbərlər İranın rəsmi qurumları tərəfindən təsdiqlənməyib.
Tehran şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinə məxsus motosiklləri yandırıb. Paytaxtın bəzi rayonlarında isə İslam İnqilabı Keşikçiləri Korpusuna aid binaların od vurulub.
Bundan başqa, İsfahan şəhərində etirazçılar tərəfindən yerli telefon stansiyasının yandırıldığı bildirilir. Bu hadisələr fonunda ölkə üzrə telefon rabitəsi dayandırılıb.
Bu arada ABŞ rəsmilərindən də bəyanatlar səslənib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun dinc etirazlarda iştirak edən və fikir azadlığını müdafiə edən insanları dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, ABŞ İran hakimiyyətinin nüvə proqramı ilə bağlı Vaşinqtonla real danışıqlara başlamalı olduğunu düşünür. Vens qeyd edib ki, ABŞ-ın növbəti addımları ölkə prezidenti tərəfindən müəyyən ediləcək və bu dəstək bütün dünyada, o cümlədən İran xalqının hüquqları uğrunda çıxış edənlərə şamil olunur.
Donald Tramp bildirib ki, əgər İran hakimiyyəti etirazçılara qarşı ölümcül zorakılığa əl atsa, ABŞ “sərt zərbə” endirəcək. Onun sözlərinə görə, ABŞ administrasiyası ölkədəki vəziyyəti diqqətlə izləyir.
Tramp etirazlar zamanı onlarla insanın həlak olması ilə bağlı yayılan məlumatları şərh edərkən, bəzi ölümlərin məqsədli güc tətbiqindən deyil, izdihamın idarə olunması zamanı yaranan sıxlıqdan qaynaqlana biləcəyini qeyd edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!