Paşinyan II Qaregini hədələdi - Baş nazir kimi danışıram“Serj Sarkisyanın (Ermənistanın üçüncü prezidenti – red.) da getmək niyyəti yox idi, amma məcbur edildi. Eyni şey Ktriç Nersisyana (Bütün Ermənilərin Katolikosu II Qaregin – red.) da aiddir; o, getməyə məcbur olacaq”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
"Deyirlər ki, Ktriç Nersisyanın getmək niyyəti yoxdur. Biz onun fikrini dəyişməsinə əmin olacağıq. Heç kimin getmək niyyəti yoxdur", - deyə o qeyd edib.
Paşinyan bunu heç bir qarışıqlıq olmadan və "xristian tolerantlığı və sevgisi ilə dolu" edəcəyinə əminlik verib.
“Mən həm Ermənistan Apostol Kilsəsinin davamçısı kimi, eyni zamanda həm də Ermənistanın Baş naziri kimi danışıram”, - Paşinyan deyib.